Əsas səhifə Xəbərlər Müəllimlərin hamısının maaşının qaldırılması effekt verməyəcək – ekspert

Müəllimlərin hamısının maaşının qaldırılması effekt verməyəcək – ekspert

221
Paylaş

Təhsil eksperti Asif Cahangirov deyir ki, vəsaitin bərabər şəkildə bölüşdürülməsinin əhəmiyyəti olmayacaq

Azərbaycanda dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə əksini tapıb.

“Bizplus.az” -ın bildirdiyinə görə təhsil eksperti Asif Cahangirov Sputnik Azərbaycan-a deyir ki, əldə edilən vəsaitin müəllimlərin maaşına əlavə olunması müsbət haldır:

“Lakin bu prosesin differensiallaşmış qaydada həyata keçirilməsi məqsəd müvafiq olardı. Həmin gəlirlərin yüksək professor-müəllim heyətinə, elmi tədqiqatlar aparan, impakt faktorlu jurnallarda məqalələri dərc olunan şəxslərə verilməsi daha düzgün olardı. Əgər bu 40 faizlik vəsait hamı arasında bərabər şəkildə bölüşdürüləcəksə, əhəmiyyəti olmayacaq. Maaşlara əlavələr institusional dəyişiklərlə müşahidə olunmalıdır. Bu mexaniki proses deyil. Yəni, maaş artırılması nəticədə özünü göstərməlidir”.