“Mozilla” reklam şəbəkələrinin iş üsullarını qiymətləndirməyə imkan verən servis təqdim edib

Date:

Paylaş:

Mozilla şirkəti Track THIS adlı servisi təqdim edib. Bu servis istifadəçilərin nələrə üstünlük verdiklərini izləyən reklam şəbəkələrinin iş üsullarını qiymətləndirməyə imkan verir. Bu barədə Opennet.ru saytı xəbər verib. Sözügedən servis avtomatlaşdırılmış şəkildə 100-ə yaxın qovluğun açılması vasitəsilə şəbəkədə 4 ədəd istifadəçi hesabının davranışını simulyasiya edir. Daha sonra reklam şəbəkələri seçilmiş hansısa istifadəçi hesabına müəyyən kontentləri təklif edirlər.

Məsələn əgər çox varlı insanın istifadəçi hesabı seçilərsə həmin istifadəçi hesabına, bahalı hotellər, lüks avtomobillər, premium brendlər və eksklüziv klublar təklif olunacaq. Hipster tərz davranışa sahib insanın istifadəçi hesabını seçdikdə isə həmin istifadəçi hesabına yeni tendensiyalar, eksklüziv təkliflər, rahat geyim növləri və ən son musiqi yenilikləri təklif olunacaq.

Paranoik tərz davranışa sahib insan üçün nəzərdə tutulmuş istifadəçi hesabını seçən zaman həmin istifadəçi hesabı üçün haqqında şaiyələr gəzən bir çox məlumatlar, bunkerlərin yaradılması barəsində gizli məlumatlar və s. təklif olunacaq. İdarəolunan istehlakçı davranışlarına sahib istifadəçi hesabını seçən zaman isə həmin istifadəçi hesabına dəbli paltarların, dəriyə qulluq vasitələrinin, astroloji proqnozların və bəyənmə sayları ilə abunəçilik məsələlərinə aid təklif reklamları əks olunacaqlar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...