Adi brauzer ödənişsiz olaraq qalacaq, pul isə yalnız əlavə xidmətlərə görə alıncaq.
“Mozilla” şirkəti 2019-cu ilin oktyabrında “Firefox” brauzerinin ödənişli versiyasını buraxacaq. Bu barədə, “Mozilla”-nın rəhbəri Chris Beard-ın sözlərinə istinadən alman nəşriyyatı T3N yazır.
Belə hesab edilir ki, istifadəçilər brauzerdə əlavə xidmətlərə abunəliyə görə pul ödəyəcəklər.Lakin nə qədər olacağı hələ ki bilinmir.
“Belə izah edədim ki, biz hal-hazırda pulsuz olanlara görə pul götürmək barədə düşünmürük. Biz sadəcə əlavə xidmət səviyyələri təklf edirik” – deyə Beard bildirib.
The Next Web qeyd edir ki, “Mozilla” istifadəçilərə, məxfiliyin qorunması üçün digər funksiyalara və VPN-xidmətə girişi təmin edə biləcək. Şirkət artıq ProtonVPN xidmətini sınaqdan keçirib və brauzerdə onun aylıq 10 dollara abunəliyini işə salıb.