Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Mozilla”, “Firefox” brauzerinin ödənişli versiyasını buraxmağı düşünür

“Mozilla”, “Firefox” brauzerinin ödənişli versiyasını buraxmağı düşünür

127
Paylaş
Mozilla Firefox
Mozilla Firefox

Adi brauzer ödənişsiz olaraq qalacaq, pul isə yalnız əlavə xidmətlərə görə alıncaq.

“Mozilla” şirkəti 2019-cu ilin oktyabrında “Firefox” brauzerinin ödənişli versiyasını buraxacaq. Bu barədə, “Mozilla”-nın rəhbəri Chris Beard-ın sözlərinə istinadən alman nəşriyyatı T3N yazır.

Belə hesab edilir ki, istifadəçilər brauzerdə əlavə xidmətlərə abunəliyə görə pul ödəyəcəklər.Lakin nə qədər olacağı hələ ki bilinmir.

“Belə izah edədim ki, biz hal-hazırda pulsuz olanlara görə pul götürmək barədə düşünmürük. Biz sadəcə əlavə xidmət səviyyələri təklf edirik” – deyə Beard bildirib.

The Next Web qeyd edir ki, “Mozilla” istifadəçilərə, məxfiliyin qorunması üçün digər funksiyalara və VPN-xidmətə girişi təmin edə biləcək. Şirkət artıq ProtonVPN xidmətini sınaqdan keçirib və brauzerdə onun aylıq 10 dollara abunəliyini işə salıb.