Əsas səhifə Biznes sahələri Texnologiya Mozilla cookie-faylları blok etməyə başlayıb

Mozilla cookie-faylları blok etməyə başlayıb

124
Paylaş
Mozilla
Mozilla

Mozilla Android və fərdi kompyuterlər üçün Firefox brauzerində istifadəçilərin fəaliyyətinə nəzarət etmək üçün üçüncü tərəf cookie-faylları blok etməyə başlayıb. Enhanced Tracking Protection funksiyasının köməyi ilə şirkət, istifadəçiləri xoşagəlməz reklamlardan və məlumatlarının üçüncü tərəfə ötürülməsindən qorumağa çalışır.

İstifadəçilər, ünvan xəttində qalxan işarəsi aktiv olanda qorunmaya qoşulduqlarını bilirlər. Bütün bloklanmış saytların siyahısına baxmaq üçün  istifadəçi “Məzmunun blok edilməsi” bölümünə keçməli və sonra “Cookie-fayllar”ı seçməlidir. Orada həm də müəyyən sayt üçün bloku bağlamaq da olar.

Şirkət funksiyanı 2019-cu ilin iyunundan sınaqdan keçirir – o, brauzerin yeni istifadəçilərində qaydası üzrə qoşulub.