Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Mövcud valyuta tənzimi rejimi sahibkarlara problem yaradır

Mövcud valyuta tənzimi rejimi sahibkarlara problem yaradır

67
Paylaş

Azərbaycanda sahibkarları narahat edən xüsusi məsələlərdən biri də valyuta tənzimi rejimi ilə bağlıdır.

“Bizplus.az” xəbər verir ki, bunu Mərkəzi Bankda sahibkarlarla görüş keçirən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib.

Hal-hazırda qüvvədə olan Qaydalara əsasən xaricə ödənilmiş avans ödənişləri müqabilində alınan mal 270 gün ərzində Azərbaycan Respublikasına idxal edilməlidir.

Həmin müddət ərzində mallar idxal olunmadıqda, xidmətlər göstərilmədikdə  və  ya qabaqcadan ödənilmiş  məbləğ geri qaytarılmadıqda sahibkarlıq subyektləri yüksək məbləğdə cərimə edilirlər.

“Qeyd etmək istərdik ki, həyata keçiriləcək idxal əməliyyatlarının bir sıra obyektiv səbəblərdən xaricdəki avadanlıq istehsalçılarının öz planlamaları, sifarişlərin növbəliliyi, sifariş olunan avadanlıqların hazırlanmasının böyük və mürəkkəb texnoloji proses olması, hazırlıq prosesində texniki dəyişikliklərin edilməsi və maliyyə məsələləri, o cümlədən növbəti ödənişlərin edilməsində maddi problemlərin, gecikmələrin olması, xarici istehsalçıların müqavilə öhdəliklərini vaxtında yerinə yetirməməsi və ya müqavilədə istehsal ediləcək avadanlığın hazırlanma müddəti ilə qanunvericilikdə qeyd edilən müddətin uyğunlaşmaması halları baş verir. Eləcə də avadanlıq hissələr şəklində daxil olaraq burada yığılır və bu zaman da sənədləşmədəki fərqləri əsas gətirərək sahibkarlara cərimə tətbiq edilir.

Təklif edirik ki, valyuta tənzimi əvvəlki formaya 360 günə qaytarılsın və bundan əlavə bəzi mürəkkəb avadanlıqların idxalı zamanı xüsusi mexanizmlər, məsələn sövdələşmə tarixçəsi tətbiq edilsin”,- Məmməd Musayev bildirib.