Əsas səhifə Satışda olan bizneslər Xidmət “Mott MacDonald” şirkətinin kommunal xidmət layihəsinin Bakıda təzahürü

“Mott MacDonald” şirkətinin kommunal xidmət layihəsinin Bakıda təzahürü

117
Paylaş

Paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə Prezidentin ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlərin alınması nəzərdə tutulub.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən verilən məlumata görə, yeni il ərəfəsində Almaniya istehsalı olan xüsusi təyinaylı avto nəqliyyat vasitələrinin ilk 5 ədədi Bakıya gətirılib.

“Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldəcək, əl əməyindən istifadəni azaldacaq, kommunal xidmətlərin mövcud avtopatkının yeniləşməsinə səbəb olacaqdır.

Texnika sayının artırılması şəhərin müxtəlif rayonlarında məişət tulantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəkdir,- məlumatda deyilir.

Bakı Şəhər Mənzil Kommunal Təsəttüfatı Departamentinin Monitorinq Mərkəzində təşkil olunan təqdimat mərasimində yeni gətirilmiş xüsusi təyinatlı avtonəqliyyat vasıtələri və mexanizmlər, onların texniki göstəriciləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, müxtəlif həcmli və təyinatlı bu texnikalar həm də Bakı şəhərində Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkətinin iştirakı ilə həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin paytaxtın digər rayonlarında da tətbiq edilməsini təmin edəcəklər. Yeni, müasir texnikaların tətbiqi şəhərimizin sanitar təmizliyinin inkişafına, onun daha da gözəlləşməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına böyük təsir göstərəcək.