Əsas səhifə Biznes Biznes məqalələri Motivasiya edici məşhur 25 kəlam

Motivasiya edici məşhur 25 kəlam

727
  1.  Mən şəxsən çiyələklə qaymaq yeməyi sevirəm. Amma balıqlar qurd sevir. Ona görə də balıq tutmağa gedəndə mən öz sevdiyim yemək haqda deyil, balığın sevdiyi yemək haqda düşünürəm. Deyl Karnegi
  2.  Mənim çıxartdığım və hər zaman əməl etdiyim bir dərs var, cəhd etmək, cəhd etmək, yenə də cəhd etmək! Və heç vaxt təslim olmamaq! Riçard Brenson
  3. Mən məğlubiyyətlərə dözmürdüm. Mən sadəcə 10 min yol tapırdım, hansılar ki, heç vaxt işləmirdi. Tomas Edison
  4. Mən bunu istəyirəmsə, deməli bu olacaq. Henri Ford
  5.  Bədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir. Robert Kiyosaki
  6. Bizim ən böyük çatışmazlığımız ondadır ki, biz çox tez vaz keçirik. Uğura gedən yol yenidən cəhd etməkdən keçir. Tomas Edison
  7.  Siz çox istedadlısınız və çox səy göstərirsiniz, amma başa düşməlisiniz ki, bəzi nəticələri əldə etmək üçün vaxt lazımdır. Məsələn, siz hətta 9 qadını hamilə qoysanız, 1 aydan sonra ata olmağınız mümkün deyil. Uorren Baffet
  8.  Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir. Mark Tven
  9. Optimist bir insan ayaqqabıları oğurlanınca «ayaqlarım var » dəyə bilən insandır. Sokrat
  10. Kişilər qadınların ilk eşqi, qadınlar kişilərin son eşqi olmaq istər. Oskar Vayld
  11. Mal itirən bir şey itirmişdir, qürurunu itirən bir çox şey itirmişdir, lakin cəsarətini itirən hər şeyini itirmişdir. Höte
  12. Çətinlikləri qarşılamanın iki yolu vardır; ya çətinlikləri dəyişdirərsiniz, ya da çətinlikləri həll etmək üçün özünüzü. Filis Botom.
  13.  Heç bir şey insan qədər yüksələ bilməz və onun qədər də alçala bilməz. Fridrix Holderlin
  14. Müvəffəqiyyətin dörd şərti; bilmək, istəmək, cəsarət etmək və susmaq. Aksel Munte
  15. Kiçik xərcləmələri gözdən qaçırmayın. Bəzən kiçik bir dəlik böyük bir gəmini batırar. Benjamin Franklin
  16.  Düşmənlərinizi sevin, çünki qüsurlarınızı tək onlar açıqca söyləyə bilər. Benjamin Franklin
  17.  Həyat o qədər qısadır ki, kiməsə nifrət edərək vaxt itirmə. Anonim
  18. Keçmişinlə barış ki, gələcəyini zəhərə döndərməsin. Anonim
  19.  Həyatını başqalarının həyatı ilə müqayisə etmə. Hansı şərtlər altında bura gəlib çıxdıqlarını bilmirsən.Anonim
  20. Həyatda nəyə marağın varsa, arxasınca getməli və bu yolda “yox” sözünü bir cavab olaraq qəbul etməməlisən. Anonim
  21.  Xəstə olanda işin sənə baxmayacaq, dostların baxacaq. Əlaqələri kəsmə, dostlarına vaxt ayır.Anonim
  22.  Unutma, səni öldürməyən şey, səni daha da güclü edir. Anonim
  23. Həyatı çox sorğu-sual etmə, hərəkətə keç və lazım olanı indi et. Anonim
  24. Həyatda nəyə marağın varsa, arxasınca getməli və bu yolda “yox” sözünü bir cavab olaraq qəbul etməməlisən. Anonim
  25. Gözəl bağlanmış qutuda olmasa da, həyat yenə də bir hədiyyədir. Anonim

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here