Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Moskvalı iş adamları Azərbaycana gələcəklər

Moskvalı iş adamları Azərbaycana gələcəklər

49
Paylaş

Moskva İxrac Mərkəzi (MİM) 2020-ci ilin üçüncü rübündə Azərbaycana biznes missiyası göndərəcək.

Bu barədə Moskva meri və hökumətinin portalında məlumat verilir.

“Moskva İxrac Mərkəzi 2019-cu ildə biznes missiyaları təşkil etməyə başlayıb və bu missiyalar artıq səmərə verib. Buna görə biz 2020-ci ildə bu dəstək tədbirinə xüsusi diqqət yetirməyi qərara almışıq və onu paytaxt şirkətlərinin xarici bazara çıxışı baxımından çox perspektivli hesab edirik”, – deyə Moskva İxrac Mərkəzinin baş direktoru Kirill İlyiçev qeyd edib.

“2020-ci ilin ikinci rübündə iş adamları İsrail, İran, Yaponiya, Fransa, eləcə də Syerra-Leone və Seneqala işgüzar səfərlər edəcəklər. Üçüncü rübdə Azərbaycan və İndoneziyaya səfərlər planlaşdırılır”, – deyə məlumatda bildirilir.

Dördüncü rübdə paytaxt iş adamlarının Bəhreyn və Mərakeşə səfərləri nəzərdə tutulur.