Əsas səhifə Xəbərlər Xarici xəbərlər Moskvada milyarderin oğlu qəzada öldü

Moskvada milyarderin oğlu qəzada öldü

52

Moskvanın mərkəzində baş vermiş yol qəzasında milyarder Vladimir Maruqovun oğlu ölüb.

İyulun 7-dən 8-nə keçən gecə Moskvanın mərkəzində motosiklet və taksinin iştirakı ilə yol qəzası baş verib. Nəticədə hər iki nəqliyyat vasitəsi yanıb.

Sürücülərin ikisi də ağır yaralar alıb. Daha sonra məlum olub ki, motosikleti idarə edən Vladimir Maruqovun oğlu Aleksandrdır. Gənci qısa zamanda xəstəxanaya çatdırsalar da, o, vəfat edib.

Aleksandrın sosial şəbəkədəki səhifəsindən belə nəticəyə gəlmək olar ki, o, bayk hidrosikl, xizək kimi ekstremal idman növləri ilə maraqlanıb.

Qeyd edək ki, onun atası Vladimir Maruqov “Ozeretskiye kolbası” və “Myasnaya imperiya” şirkətlərinin sahibidir.

Son vaxtlar Aleksandr milyarder atası ilə əlaqə saxlamayıb. Ailə münaqişəsı atanın məşuqəsi ilə yaşamağa başlamasından sonra ortaya çıxıb. Boşanmadan sonra ailə üzvləri tok-şouda ailə məsələləri ətrafında mübahisə ediblər.

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here