Morgan Stanley üç il əvvəl zəngin müştərilərinə “Uber”ə yatırım etməyi təklif edib. İndi onlar itkiləri dəyərləndirirlər: əməliyyat qiyməti qoyluan qiymətdən daha yüksək olub. Bundan başqa, IPO-dan sonra Uber-in səhmləri “anomal” olaraq enir
Mövcud sənədlərə istinadən, Bloomberg xəbər verir ki, 2016-cı ildə Morgan Stanley investbankı özünün ən dəyərli müştərilərinə və əməkdaşlarına “Uber”-ə yatırım etməyi təklif edir. Bank yatırımı New Riders LP fondu vasitəsilə etməyi təklif edib və başlanğıc üçün 250 000 dollar məbləğində qiymət qoyub. Şirkət o zaman 62,5 milyard dollar qiymətləndirilib. Sənədlərdə Morgan Stanley bankı qeyd edib ki, əgər biznesin inkişaf perspektivlərini və “Uber”-in rəqabət üstünlüklərini nəzərə alsaq bu, “məqbul” qiymətdir. Risk faktorları arasında artan xərclər və davamlı zərər də vardır.
Morgan Stanley-in təklifindən istifadə edənlər gələcəkdə, “Uber” IPO keçirəcəyi halda öz paylarını A sinfindən olan səhmlərə çevirmək imkanı əldə ediblər. Bloomberg-in yazdığına görə, bu əməliyyat nəticəsində səhmlər investorlara hər birinə görə 48,77 dollara başa gəlib.
Birjada almaq ucuz başa gələ bilərdi: “Uber” öz səhmlərini 10 mayda Nyu-Yorkun fond birjasında hər səhmə görə 45 dollar dəyərində yerləşdirib, onun kapitalizasiyası 82 milyard dollara yaxın olub. Bununla belə, ticarətin, ABŞ-la Çin arasındakı ticarət danışıqlarının pik həddi çatmasına təsadüf edən ilk gününün nəticələrinə görə qiymət 7,6% enərək 41,57 dollara qədər düşüb. Bunu Bloomberg “ anomaliya” adlandırıb. Ticarətin ikinci günü ərzində eniş 10%-dən çox olub, “Uber”-in səhmləri 37 dollara yaxın olub, kapitalizasiya isə 62,2 milyard dollara düşüb. IPO şərtlərinə görə, investorlar yatırımdan sonrakı 180 gün ərzində “Uber”-in səhmlərini sata bilməzlər.
Üç il əvvəl “Uber”-ə yatırım etmək imkanından nə qədər Morgan Stanley müştərisi və əməkdaşının istifadə etdiyi məlum deyil. Bank nümayəndəsi rəy bildirməkdən imtina edib.
İnvestorlar legionu
Morgan Stanley artıq çoxdandır ki, Silikon Vadisinin yüksələn ulduzlarına zəngin müştərilərinin yatırım etməsinə kömək edir.Morgan Stanley-dən ayrılmış Counterpart Global fondunun rəhbəri Dennis Lynch müxtəlif dövrlərdə “Facebook” və “Twitter”-ə yatırım etməyə kömək edib, o zaman şirkətlər hələ ictimailəşməmişdilər. Bloomberg yazır ki, bank xüsusi maliyyələşmə ilə startapı təmin etmək və ona IPO-ya qədər biznesini inkişaf etdirmək üçün “zəngin investorlar legionu” ilə qarşılıqlı əlaqəsinin olmasına arxalanır. Nəzəriyyədə belə gediş hər bir tərəf üçün əlverişlidir, eləcə də bankın özü üçün – onu çox güman ki, IPO üçün sığoratçı kimi götürürlər.
Morgan Stanley Uber üçün sığotaçı roluna görə Goldman Sachs-la mübarizə aparıb. Goldman Sachs rəhbərliyi ilkin mərhələdə şirkətdə pay alıb və həmçinin öz zəngin müştərilərinə IPO-ya qədər səhm əldə etmək imkanı yaradıb. WSJ yazıb ki, “Uber”-in Morgan Stanley üçün nə qədər vacib olduğunu göstərmək üçün bankın idarə direktoru Michael Grimes hətta taksi sürücüsü kimi də işləyib.