Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Morgan Stanley” dezinformasiyaya görə $150 milrd. cərimə ödəyəcək

“Morgan Stanley” dezinformasiyaya görə $150 milrd. cərimə ödəyəcək

148
Paylaş
The corporate logo of financial firm Morgan Stanley is pictured on a building in San Diego, California September 24, 2013. REUTERS/Mike Blake/File Photo GLOBAL BUSINESS WEEK AHEAD PACKAGE - SEARCH "BUSINESS WEEK AHEAD JULY 18" FOR ALL IMAGES - RTSIG0S

Amerikanın investisiya bankı “Morgan Stanley”, CalPers və CalSTRS pensiya fondlarına yanlış məlumatlar təqdim etdiyinə görə ittiham olunaraq, 150 milyard dollar məbləğində cərimə ödəməli olacaqdır.

Kaliforniyanın baş prokurorluğu, ittihamların ödənilməsinin bir hissəsi kimi, “Morgan Stanley” bankı CalPers  (California Public Employees’ Retirement System) fonduna 120 milyon dollar, CalSTRS (California State Teachers Retirement System) fonduna isə 8 milyon dollar ödəyəcəyini açıqlayıb.

Bu təşkilatlar ABŞ-da 590 milyard dollar məbləğində ümumi aktivlər olan ən böyük pensiya fondlarıdır.

“Morgan Stanley” bankı, 2003-2007-ci illəri əhatə edən bir dövrdə pensiya fondlarına satılan ipoteka səhmlərinin keyfiyyətini çoxaltmaqda ittiham olub. Əməliyyatlarla bağlı ittiham 2016-cı ilin aprel ayında irəli sürülüb.

Kaliforniya baş prokurorun verdiyi məlumata görə, “Morgan Stanley” öz mənfəətini düşünərək, məhsullarının riskləri haqqında müştərilərinə yanlış informasiya verib”.