Əsas səhifə Biznes Analitika Morgan Stanley: 30 min peyk Mask-a 62 mlrd dollara başa gələcək

Morgan Stanley: 30 min peyk Mask-a 62 mlrd dollara başa gələcək

115
Paylaş

Starlink peyk şəbəkəsi SpaceX-in qiymətləndirilmiş dəyərini 52 mlrd dollardan 120 mlrd dollara kimi artıracaq. Belə qənaətə Morgan Stanley analitikləri gəliblər. Bu ürəkaçan göstəriciləri nəzərdən keçirməyə Mask-ın yeni planları səbəb olub.

Analitiklərin hesablamasına görə, Mask-ın yeni məhsulu dünyanın telekommunikasiya bazarının bir neçə faizini ələ keçirə  və iləd 30-50mlrd dollar qazana bilsə şirkətin dəyəri 52 mlrd dollara çatacaq. Hətta Stralink-in uğuru və payı çox olsa 120 mlrd dollar da ola bilər.

Qeyd edək ki, Mask-ın Starlink planı planetin hər bir yerinə internetin çatdırırlması üçün min peyk buraxmaqla bağlı bir plandır.

Peyklərin yaradılmsı və buraxılmasına gedən xərclər – analitiklərin əsas hesablama parametridir, amma keçən həftə onlara bəzi ciddi dəyişikliklər etməli olublar. SpaceX planların dəyişdiyini bildirib: peyklərin maksimal sayı 12 mindən 42 minə artırılıb. BI yazır ki, buna görə də Morgan Stanley mütəxəssisləri yenidən hesablama aparmalı olublar.