Gələn il Çində ÜDM-in artım tempinin 6-6,5% olan hədəf diapazonunun ən aşağı hüdudundan da aşağı düşərək 5,8% təşkil edəcəyi gözlənilir.
Bu barəd “Moody’s” beynəlxalq reytinq agentliyinin ölkə üzrə dərc etdiyi hesabata istinadən xəbər verir.
“Moody’s”in analitikləri Çin iqtisadiyyatındakı yavaşlamanın həm daxili təkrar balanslaşdırmanın, həm də ticarət gərginliyinin təsiri nəticəsində davam edəcəklərini proqnozlaşdırır.
Qeyd edək ki, 2018-ci ildə Çin iqtisadiyyatı 6,6% artıb. Cari ildə isə bu göstəricinin 6,2% olacağı gözlənilir.