Əsas səhifə Biznes Moody’s “Bureau van Dijk” şirkətini 3 milyard avroya satın alır

Moody’s “Bureau van Dijk” şirkətini 3 milyard avroya satın alır

888
Paylaş
A Moody's sign on the 7 World Trade Center tower is photographed in New York August 2, 2011. Behind all too many of market moves in government debt of late has been a report from one of the major credit ratings agencies. Standard & Poor's is the biggest and arguably the most influential, fast followed by Moody's Investor Service and then their smaller rival, Fitch Ratings. In national capitals, they are alternately villified by politicians or held out as just arbiters for denouncing government profligacy. REUTERS/Mike Segar (UNITED STATES - Tags: BUSINESS POLITICS)

Beynəlxalq kredit reytinqi agentliyi “Moody’s”, maliyyə məzmunları və məlumat şirkəti “Bureau van Dijk”i 3 milyard avro qarşılığında satın alınması məsələsində razılığa gəldiyini bildirib.
“Marja” xəbər verir ki, “Moody’s”dan edilən açıqlamada, mərkəzi ofisi Hollandiyanın paytaxtı Amsterdamda yerləşən biznes-informasiya təchizatçısı “Bureau van Dijk” adlı şirkətin 3 milyard avro qarşılığında İsveçin özəl kapital şirkəti EQT-dən satın alınması barədə razılığa gəldiyi bildirilib.

“Moody’s”un İdarə Heyətinin Sədri Raymond Mcdaniel, sözügedən satınalmanın “Moody’s Analytics”in yeni risk həlləri təqdim etməsini, dəyişən bir bazar seqmentinə çatmasını təmin edəcəyini qeyd edib.

Mərkəzi ofisi İsveçin paytaxtı Stokholmda yerləşən EQT şirkəti, “Bureau van Dijk”i 2014-cü ildə “Charterhouse Capital Partners”dən satın almışdı. İngiltərə mətbuatında satışın təqribən 1 milyard avro səviyyəsində olduğu irəli sürülmüşdü.

“Bureau van Dijk”, hazırda Amsterdamdakı mərkəzindən dünyanın fərqi nöqtələrində cəmi 220 milyon özəl investisiya şirkətinə maliyyə məzmunları və məlumat xidmətləri təmin edir. 2016-ci ildə “Bureau van Dijk”in mədaxili  281 mln. dollar təşkil edib.Hollandiya şirkəti dünyada ən iri məlumat bazasına malikdir və bazasına 220 mlilyon özəl şirkətlər barədə məlumatlar daxildir.