Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər “Moody`s”: “Azərbaycan xarici borc üzrə lider ölkədir”

“Moody`s”: “Azərbaycan xarici borc üzrə lider ölkədir”

221
Paylaş

“Moody`s” Azərbaycanın tədiyyə balansını MDB ölkələri arasında ən yaxşı göstərici hesab edir.

“Bizplus.az” xəbər verir ki, beynəlxalq agentlik cari əməliyyatlar hesabının profisitini ÜDM-nin 10,7%-i səviyyəsində proqnozlaşdırdığını bəyan edib.

“Bu, MDB ölkələri arasında ən yaxşı göstəricidir”.

Agentliyin icmalında bildirilir ki, 2019-cu ildə Azərbaycanın xarici borcu (dövlət və özəl sektorun borcları nəzərə alınmaqla – İF) ÜDM-nin 46,5%-ni təşkil edəcək ki, bu da regionda ikinci ən aşağı göstəricidir.

Birinci yerdə isə ÜDM-nin 28,3%-i səviyyəsində xarici borc öhdəliyi ilə Rusiya qərarlaşıb. Digər MDB ölkələrində borcun məbləği ÜDM-nin 50%-ni keçir.