Əsas səhifə Biznes sahələri Texnologiya Monitorları “söndürən” IRL Glasses eynəkləri

Monitorları “söndürən” IRL Glasses eynəkləri

51

IRL Labs şirkəti horizontal qütblü filtrləri olan eynək tərtib edib. Bu eynəklər sayəsində LCD-monitorların vertikal qütblü işığı yox olur. Beləcə, sanki bütün ekran sönmüş vəziyyət alaraq qaralır.

IRL Glasses LCD-lərin, LED-televizorların və komputer ekranlarının əksəriyyətinin işığını blok edir. Smartfonların OLED-ekranlarının işığının blok edilməsi hələ ki mümkün deyil.

IRL Labs-ın yol xəritəsində göstərilib ki, şirkət alıcılara eynək göndərib və artıq IRL Glasses 2.0 yaradılması üçün araşdırmalarla məşğuldur.

Eynəyi əldə edən istifadəçi onu yoxlayıb. Eynəyi Macbook ekranlarında, televizorlarda və Nintendo Switch konsollarında sınaqdan keçirib. Onun sözlərinə görə, eynək ekranı ancaq 50-80% blok edib.

Rəy bildir

Please enter your comment!
Please enter your name here