Monday.com şirkəti müştərilərə tətbiq hazırlayan konstruktor təklif edib. O, kodlaşdırma biliyi tələb etmir. Bu barədə TechCrunch yazır.
Platforma hazır kod bloklarından və avtomatlaşdırma sxemindən ibarətdir, 50-dən çox üçüncü tərəf tətbiq və xidmətlərini dəstəkləyir. Startapın yaradıcısının sözlərinə görə, yeni versiyada istənilən bir komanda və ya şirkət üçün tətbiq hazırlamaq mümkün olacaq.
Proqnozlara görə, hazır proqram həlləri və ya minimal kodlaşdırmadan istifadə olunmaqla hazırlanan tətbiqlər bazarı 2024-cü ilə 52 mlrd.dollar ola bilər.
İsrailin Monday.com startapı da birgə iş üçün platforma hazırlayır. O, tədbirlər təşkil etməyə, tapşırıqlar planlamağa, əməkdaşlara nəzarət etməyə və dünyanın istənilən bir nöqtəsindən olan kolleqalarla ünsiyyət qurmağa imkan verir.
Qeyd edək ki, 2019-cu ilin iyulunda Monday.com D raundu çərçivəsində 150 mln. dollar investisiya cəlb edib. Hal-hazırda şirkətin xidmətlərindən 146 dünya ölkəsindən 90 min müştəri istifadə edir. Onların arasında Carlsberg, Discovery Channel, Philips, Hulu və WeWork var.