Mobil şəbəkələrə qoşulmadan zənglər etməyə imkan verəcək yeni texnologiya yaradılıb

Date:

Paylaş:

Çinin “Oppo” smartfon istehsalçısı internet, mobil rabitə və “Bluetooth” şəbəkələrinə qoşulmadan zəng və məlumat mübadiləsinə imkan verən “MeshTalk” texnologiyasını təqdim edib.

Şirkətin smartfonlarda radiotezlik rabitəsini tətbiq etməsi sayəsində “Oppo” smartfonları ratsiyanı əvəz edəcək. Yeganə fərq isə “MeshTalk” texnologiyasının əhatə dairəsinin 3 km təşkil etməsidir.

Məlumata görə, rabitə modulu qoşulmuş vəziyyətdə olan smartfonlar gözləmə rejimində 3 günədək işləyə biləcəklər. Şirkət əmindir ki, texnologiya mobil rabitə və mobil internetə çıxış imkanı olmayan, eləcə də məxfi danışıqlar aparmaq istəyən istifadəçilər üçün faydalı olacaq.

Yeni texnologiyanın “Oppo” smartfonlarında nə vaxt tətbiq ediləcəyi barədə məlumat verilmir.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...