Əsas səhifə Biznes sahələri Texnologiya Mobil rabitə operatoru “010” kodunu istifadəyə verəcək

Mobil rabitə operatoru “010” kodunu istifadəyə verəcək

102
Paylaş
telefon
telefon

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telekom” şirkəti yeni operator kodunu (prefiksi) istifadəyə verəcək. Bunu mobil rabitə sahəsindəki etibarlı mənbə deyib.

Operatorun yeni prefiksi “010” olacaq. Beləliklə, bundan sonra şirkət üç operator koduna (“050”, “051” və “010”) malik olacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti də yeni prefiksi istifadəyə verəcəyini planlaşdırır.