2018-ci il ərzində informasiya və rabitə müəssisələri 1 milyard 881,2 milyon manatlıq xidmət göstərmişdir ki, onun da 72,6 faizi əhali tərəfindən istehlak olunmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2017-ci illə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 9,3 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 82,0 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
Xidmətlərdən əldə edilən gəlirin 46,2 faizi və ya 868,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdır.
2017-ci ildə xidmətlərdən əldə edilmiş 1 milyard 724,6 milyon manatlıq gəlirin 49,6 faizi və ya 856,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdı.