Ilk internetə telefon qoşan “Qualcomm Incorporated” ( NASDAQ: QCOM) şirkəti və Nokia markalı mobil cihazlar istehsal edən “HMD Global Oy” şirkəti, çoxrejimli 5G –rabitə cihazları ilə bağlı ümumdünya patent-lisenziya razılığı imzalayıblar.
Bu barədə “HMD Global Oy” şirkətinin Ukraynadakı nümayəndəliyindən açıqlama veriblər.
Xəbərdə bildirilir: “ “Bugün Qualcomm Incorporated” (NASDAQ: QCOM) və “HMD Global Oy”, bir və çoxrejimli cihazlarla bağlı ümumdünya razılığı imzalamaları barədə xəbər veriblər. Bu cihazlar “HMD Global” tərəfindən Nokia brendi ilə istehsal olunacaq və satılacaq. Şərtlərə görə, “Qualcomm”, işləyib hazırlama, istehsal, bir və çoxrejimli brend 3G, 4G və 5G-rabitə cihazlarının satışı üçün “HMD Global”-a patent lisenziyası təqdim edir”.
İki şirkət nümayəndələrinin fikrinə görə, belə əməkdaşlıq 3G. 4G, 5G çoxrejimli cihazları üçün texnoloji avans olacaq. “Qualcomm”-un icarçı vise-prezidenti və onun Qualcomm Technology Licensing lisenziya bölməsinin rəhbəri Alex Rodgers deyib: “ “Qualcomm” şirkəti “HMD Global” ilə bu lisenziya razılığını imzalamağa şaddır – bu,bizim texnoloji əməkdaşlığımızda yeni mərhələdir. “Qualcomm” 5G paylanmasına rəhbərlik edir və fəxr edirik ki, “HMD Global” kimi istehsalçılar üçün qabaqcıl 3G, 4G və 5G- rabitə texnologiyalarına girişi təmin edir və bütün dünya üzrə istifadəçilər üçün yüksəkkeyfiyyətli məhsul hazırlamalarında onlara yardımçı oluruq.
“ “Qualcomm”-la işləməklə biz qabaqcıl texnologiyanı irəli sürmək və istehlakçılara verilən vədi yerinə yetirmək imkanı əldə edirik. Biz zamanla daha da yaxşılaşan smartfonlar hazırlamağa söz vermişik” – deyə, “HMD Global”-ın baş direktoru Florian Seiche bildirib.