Əsas səhifə Biznes Brendlər Miuccia Prada: “Prada” brendini dünyanın ən nüfuzlularından birinə çevirən dizayner

Miuccia Prada: “Prada” brendini dünyanın ən nüfuzlularından birinə çevirən dizayner

99
Paylaş

Hələ lap kiçik yaşlarından Miuccia heç kimə onun üçün geyim seçməyə icazə vermirdi. Gənc yaşlarına çatanda qarderob üçün uyğun əşyalar tapmaq üçün saatlarla bazarda dolaşır. Miuccia Prada bir zamanlar Fratelli Prada-nı yaradan Mario Prada-nın nəvəsidir. Fratelli Prada çanta və aksesuarlar satan brenddir. Yarandığından bəri brendin özəlliyi material və işlərinin eksklüzivliyi və yüksək keyfiyyəti olub.

Bu, bir ailə biznesi idi. İlk əvvəl onu Marionun qızı Luiza idarə edirdi. Amma sözügedən brend məhşurluğun və uğurun zirvəsinə Luizanın qızı Miuccia ilə çatır.

Bu iddialı və savadlı qız görünür ki, biznesi necə inkişaf etdirməyi yaxşı bilirdi. İtaliyalı gənc qız soyuqanlılığı, dəqiq hədəflərinin olması və dünyaya özünəməxsus baxışı ilə seçilirdi. O, qəti şəkildə küçə markaları ilə əməkdaşlığa qarşı idi.

Miuccia Prada-nın daha bir devizi – daima irəli! 29 yaşında olanda babasından ona qalan fəaliyyətsiz çanta istehsalı müəssisəsini işlətməyə başlayır və artıq bir ildən sonra o, həmin biznesi ayağa qaldıra və tərəqqiyə doğru apara bilir. Hərçənd buna qədər belə işlərdən anlayışı yox idi, çünki siyasətlə məşğul olurdu.

Miuccia-nın məqsədlərindən biri hər zaman irəli gedib yeniliklər etmək olub. Dəri çantalar və aksesuarlar istehsal edən şirkəti çətinliklə işlətməyə başlamışdı ki, bu çeşidlərə ayaqqabıları da əlavə edir, on ildən sonra isə eyiadlı brendlə qadın geyimləri istehsal edir, sonralar 1992-ci ildə daha demokratik Miu Miu brendini, 1995-ci ildə isə  bu seriyadan kişilər üçün Prada Men xəttini buraxır, 1997-ci ildə isə hamıya yaxşı məlum olan qırmızı zolaqlı Prada Sport idman kolleksiyasını istehsala əlavə edir.

Amma bununla kifayətlənmir. Artıq on ildən çoxdur ki, Prada həm də brend ətirlər istehsal edir. 2006-cı ildən isə dəfələrlə mövsümi eynək trendlərinə imza atır.

Şablon dəbə qarşı getmək – Miuccia Prada-nın sevimli məşğuliyyəti və yaradıcılığının əsas hərərkətverici qüvvəsidir.

Miuccia-ya möhtəşəm uğur əldə etməkdə kömək olan əsas cəhətlər özünə və öz hisslərinə tam əminlik, heyrətəgətirici iş qabiliyyəti və stereotiplərlə daimi mübarizə aparmasıdır.