Əsas səhifə Xəbərlər Xarici xəbərlər Mitsubishi şirkəti günəş işıqlı “pəncərələr” hazırlayıb

Mitsubishi şirkəti günəş işıqlı “pəncərələr” hazırlayıb

12
Paylaş

Mitsubishi Electric LED işıqlı Misola panelləri istehsal edib. Onlar ofislərdə təbii işıq effekti yaradacaqlar. Bu barədə Gizmodo yazır.

Panellər ofis işçilərində depressiv əhvalın yaranmasının qarşısını ala bilər. Şirkət “pəncərələr”dən qocalar evlərinə və xəstəxanalara da satmağı düşünür.

Gün ərzində panelin dörd batareyasından ancaq üçü işıqlanır. Biri isə yanmadan sadəcə kölgə effekti yaradır. İşığın temperaturu və kölgənin vəziyyəti günəşin çıxmasına müvafiq olaraq dəyişəcək.

Misola 2020-ci ilin payızında satışa çıxarılacaq. İdarə oluna bilən əsas versiyası 6,2 min dollardır. Avtomatik olan versiyası isə 6,8 min dollar olacaq.