Əsas səhifə Biznes sahələri Texnologiya MIT tələbələri “fikirləri oxuyan” qarnitur hazırlayıblar

MIT tələbələri “fikirləri oxuyan” qarnitur hazırlayıblar

43

Massaçuset texnoloji institutunun proqramçılar komandası fikirləri “oxuya” bilən cihaz düzəldib. Bu barədə Digital Trends yazır. Görünüşünə görə o, Bluetooth-qarnituru xatırladır.

AlterEgo cihazı deyilməyən sözləri tanıya bilir – elektrodların köməyi ilə o, şəxs öz-özlüyündə nəsə deyəndə alt çənədəki sinir-əzələ hərəkətlərini tutur. Qarnitura istifadəçiyə səslə cavab verən köməkçi quraşdırılıb.

AterEgo qulaqlığı sümük keçiriciliyinə malikdir və titrəmələri birbaşa daxili qulağa ötürür. Belə sistem cihaza istifadəçiyə ətrafdakı səs-küyü eşitməyə mane olmadan məlumatları ötürməyə imkan verir.

Qarniturun köməyi ilə kompyuteri, smartfonu və digər gadgetləri idarə etmək mümkündür. Proqramçılar çoxlu sayda eksperiment həyata keçirib və belə nəticəyə gəliblər ki, AlterEgo 92% dəqiqlikdə işləyir. Hələ ki cihaz ancaq rəqəmləri və təksözlü sorğuları qəbul edir.

Rəy bildir

Please enter your comment!
Please enter your name here