Əsas səhifə Biznes Biznes məqalələri Mister CEO donda. Asiyanın yeganə transgender-milyonçusunun hekayəsi

Mister CEO donda. Asiyanın yeganə transgender-milyonçusunun hekayəsi

Başcı cinsiyyətini dəyişdikdən sonra, onun biznesi üç dəfə böyüdü.

Tayland dünyada transseksual insan sayında liderlərdən biri sayılır, amma cinsiyyət dəyişikliyi-Banqkokda restoran və ofislərdə söhbət etmək üçün populyar bir mövzu deyil: layiqli bir cəmiyyətdə buna  laqeydlik ilə yanaşırlar. Fahişəlik və «kata» (cinsiyyətini qadınlara dəyişdirən kişilərin qaba adı) mədəniyyəti ölkənin imicini pozur. Ancaq 38 yaşındakı milyonçu Jakkafong Jakrajutatip, cinsiyyət azlıqlarının  problemləri haqqında açıq danışanlardan biridir. Və bu ona daha çox qazanmağa kömək edir.

Jakrajutatip- Walt Disney, Sony, CBS və digər nəhənglər ilə işləyən və öz layihələrini yaradan  Taylandın ən böyük şirkəti olan JKN Global Media Co. şirkətinin rəhbəridir. Və o, yalnız Taylandda deyil, eyni zamanda, bütün Asiya regionunda olan yeganə transgender CEO-dur. Və ölkənin mediasında  ən məşhur şəxsiyyətlərindən  biridir. 2015-ci ilə qədər Endryu kimi tanınıb. Üç il əvvəl  Endryu bir aylıq müddətə itib və qalın saçları, dəyişilmiş bədən formaları ilə geri qayıdıb. O vaxtdan etibarən, onun şirkəti sürətlə yüksəlib və gəlirləri üç dəfə artırıb.

Ailə biznesini necə qurtarmaq olar?

Jakrajutatip hələ  kişi olduğu zaman, Avstraliya Bond Universitetinin beynəlxalq əlaqələrində bakalavr dərəcəsi alıb və təhsilini bitirdikdən sonra Taylanda qayıdıb. Onun valideynləri video -icarəsi şəbəkələrinə malik idilər, lakin 90-cı illərin sonuna bu iş ölməyə başlayıb, ailənin gəlirləri azalıb.

Ancaq maliyyə problemləri, Jakrajutatipin əsas problem deyildi. Yetkinlik yaşlarından o, özünü bir kişi bədənində həbs edilmiş qadın hesab edib. O, qınanacağını bildiyi üçün  heç kimə bu haqda danışmayıb və həmyaşıdlarından uzaq durub. Onun yeganə dostu  bacısı idi, bu gün o,Jakrajutatipin şəxsi köməkçisidir  və JKN-də 7% payına sahibdir.

1999-cu ildə Jakrajutatip, valideynlərin işlərini qurtarmağa çalışarkən, BBC Documentary əlaqə saxlamağı bacarıb və kanalın  «Dinozavrlarla Yürüyüş» adlı sənədli filmin  həmin il Taylanda  satılması üçün müstəsna hüququ almağa razı salıb. Amma sənədli diskləri satmağı bacara bilmədi – sahibləri insanların elə bir elmi şou izləmək istəmədiklərinə inanırdılar. Daha sonra sahibkar yerli bir kabel televiziyası provayderinə  çıxdı, bu sayədə 1 milyondan çox nüsxə satıldı.Taylandlıları dinozavr  şousu elə məmnun etdi ki, onlar National Geographic və Discovery bazarı  ilə maraqlanmağa başladılar. Jakrajutatip, Taylandlı film ulduzlarını və digər məşhurları dublyaj etməyə cəlb etdi və televiziya kanallarının ditribyutsiya məzmununa xüsusi hüquqlar əldə etdi.

2005-ci ildə o, JKN Global Media Co. yaratdıqda əməkdaşlıq etdiyi GMM Grammy də daxil olmaqla, Taylandın ən böyük media konqlomeratlarına məzmun satırdı. Bir il sonra təşəbbüskar konqlomeratdan bir hissə satın aldı və özünü inkişaf etdirməyə başladı. Bu gün onun şirkəti bütün media platformaları üçün məzmunu təmin edir – rəqəmsal televiziya, onlayn kinoteatrlar, video axın xidməti və s.

Bütün bu vaxta qədər Jakrajutatip, xaricindən bir kişi kimi qalsada, bir qadın olmağı arzuladı və yalnız 2015-ci ildə  dəyişikliyə qərar verdi. May ayına qədər instagramda – kişi geyimli şəkillər var idi, iyun ayından etibarən – qadın geyimləri, ətəklər, rəngli şərflər  və makiyajlı halları ilə şəkillər paylaşmağa başladə. Zəngin və nüfuzlu şəxsin bu addımı atmağı niyə uzun sürdü, axı Tayland LGBT insanlar üçün cənnət kimi görünür? Ölkə daxilində təxminən 75,600 transgender insan yaşayır, yəni onların bioloji cinslərinin öz mahiyyətinə uyğun olmadığına inananlar. Bu, əhalinin təxminən 0,1% -ni təşkil edir. Cinsi azlıqlarla bağlı ən sadiq ölkələrdən biri olan ABŞ-da əhalinin təxminən 0,6% özlərini transgender insanlar adlandırırlar. Bütün məsələ ənənə və bürokratiyadadır.

Niyə Taylandda cinsiyyəti  dəyişmək – cəmiyyətə meydan oxumaqdır?

Birinci Katoi-lər  və ya əcnəbilərin adlandırdığı kimi ladyboy-lar  Vyetnam müharibəsi zamanı Taylandda ortaya çıxıb. Tayland ABŞ-ın müttəfiqi idi, ölkədə 700 min amerikalı əsgər yerləşdirilmişdi. Burada düşmən ərazilərinə hücumlardan sonra dinlənilib, yeni vəzifələr gözləyirdilər. Əlbəttə ki, amerikalılar cinsi xidmətlərin alınması da daxil olmaqla, Taylandda çox pul xərcləyirdlər. Fahişəlik, gənc kişilər də daxil olmaqla bir qazanc yolu idi.

Ən məşhur Tay cərrah-urologu olan Pricha Tievtranon 1975-ci ildə cinsiyyət dəyişikliyi  əməliyyatlarını aparmağa başladı və bundan sonra 3500 transgender xəstəsinə kömək etdi. Onun sözlərinə görə, son illərdə xidmətlərin populyarlığı «cərrahi turizm» sayəsində əhəmiyyətli dərəcədə artmışdır. Təxminən 2 milyon adam hər il Taylanda əməliyyat və hormon terapiyası kursuna keçmək üçün gəlir. Dövlətə  4 milyard dollardan çox gəlir  gətirir və bu rəqəm hər il  təxminən 20% artmaqdadır. Tievtranon deyir ki, belə əməliyyatlar ən azı yüz Tayvanlı həkim tərəfindən həyata keçirilir və ölkə daxilində ən azı 20 xüsusi klinikanın iştirakı var. Kiçik bir ölkə üçün bu olduqca çoxdur.

Dünya standartlarına görə Taylandda cinsi dəyişiklik əməliyyatları ucuzdur.  Əməliyyatdan başqa, həm də dərmanlar, tibbi masajlar, mehmanxana yerləşdirilməsi və hətta Banqkok turları da daxil olmaqla «hər şey daxildir» paketinin qiyməti  9,770 ABŞ dollarından başlayır.

Cinsiyyət dəyişikliyi əməliyyatlarının populyarlığına və əlçatanlığına baxmayaraq, Taylandda transseksual insanlara sənədləri dəyişməyə imkan verən heç bir qanun yoxdur. Bütün bunlar cəmiyyətin qeyri-müəyyən münasibətindəndir: Tayland xalqının təxminən 97% -i Buddizmə itayət edirlər, yəni reenkarnasiyaya inanırlar: insandan bir heyvana, kişidən -qadına və s. Eyni zamanda, transgender mədəniyyətinin bir çox tərəfdarına xas olan seksuallığın açıq bir nümayişi, Buddizmdə günah sayılır.

Yeni sənədlər olmadan transseksual insanlar  üşün yaxşı iş tapmaq, ali təhsil almaq, tibbi yardım almaq və ya  bank hesabı açmaq  çətindir. 2010-cu ilin əvvəlində transseksualların 26% -i yeni görünüşü ilə əlaqədər işlərini itiriblər, nəticədə 11% -i cinsi- sənayedə işləməli olub.

Cinsiyyəti dəyişməklə şirkətin gəlirini üç dəfə necə artırmaq olar?

Pasporta əsasən, Jakkafong Jakrajutatip hələ də yüksək dabanlı ayaqqabılara, qadın geyimlərinə baxmayaraq bir kişidir. 2015-ci ildə o, saç transplantasiyası, rinoplastika, ikiqat göz qapaqlarının düzəldilməsi, çənə düzəldilməsi daxil olmaqla bir sıra əməliyyatlar həyata keçirmişdir. Üç cərrah 18 saat boyunca onu əməliyyat ediblər: «Anesteziyadan sonra gördüm ki, mənim üzüm sanki  içəriyə doğru çevrilib: mənim üzüm şiş idi və mənim dodaqlarım şişmişdi, onlar kolbasa kimi görünürdü», baxmayaraq ki o, «ölümcül ağrı» yaşayıb bu gün üç il əvvəl yaşanan hadisələr haqqında təbəssümlə danışır.

Maliyyə hesabatlarında, rəsmi sənədlərdə və hətta Asiya mətbuatına verdiyi müsahibədə o, cənab deyilir. Amma  şirkətin CEO-su olduqdan sonra  JKN layihələrinin reytinqi əhəmiyyətli dərəcədə artmışdır: Taylandlıların çoxu transgender insanların vəziyyətini  ictimai sahədə açıq şəkildə müzakirə etməyə hazır olan birinin olmasından şad idilər.

Şirkət əsas qərbli oyunçuların birini belə itirmədi.  O, hələ də Taylanddakı məşhur «CS.I: Crime Scene» və «The Walking Dead» şoularını yaymaq hüququna malikdir, hətta Disney əməkdaşlıqdan imtina etməyib. Jakrajutatip şirkətinin «Taylanddakı bütün insanlar üçün dünyaya bir pəncərə» olduğunu bildirir.

Jakrajutatip bunu gözləmədiyini  etiraf edir. Cinsi azlıqlar və digər qayğı göstərən şəxslər arasında məşhurluq təşəbbüskarı Hindistan televiziya yayımçıları ilə müqavilə bağlamağa kömək etdi. Birlikdə, Tanrıların və insanların bədənlərini dəyişə biləcəyi,  Hindistanın «Ramayana»eposu əsasında  bir film çəkilişi edəcəklər. JKN Jakrajutatip uzun müddətdir ki, transseksual keçid fikrini izah edən, oxşar  layihələr istehsal edir. Məsələn, şirkət gələcək mövsümdə aktyorların qadın rolu oynayacağı, aktrisaların isə kişi rolunu oynayacaq «Switch» TV seriyalını izləyicilərə təqdim edəcəklər.

2014-cü ildə JKN 304 milyon bat (9,1 milyon dollar) əldə etmişdir. Üç il sonra bu rəqəm təxminən 4 dəfə artıb – 1,1 milyard bat (34 milyon dollar). «Cinsiyyətin dəyişdirilməsi barədə qərar mənim üçün çox çətin idi, mən başa düşürdüm ki, ailəmin bunu başa düşməsi çətin olacaq, bilirdim ki, cəmiyyət hər şeyi birmənalı şəkildə qəbul edə bilər. Amma cəsarət aldım və bunu etdim və indi işimi daha yaxşı idarə etmək üçün kifayət qədər qətiyyətim və cəsarətim var», – böyük güllü don geyinmiş cənab Jakraqutatip deyir.

 

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here