Misirli milyarder qızıla milyardlarla dollar yatırım etdi

2
856

Misirli milyarder Naguib Sawiris, 5.7 milyard dollarlıq sərvətinin yarısını qızıla yatırdığını açıqlayıb. 

“Marja” xəbər verir ki, “Bloomberg”də yayımlanan bir proqramda danışan Sawiris, qızıl qiymətlərindəki yüksəlişin davam edəcəyini düşündüyünü və mövcud vəziyyətdə 1300 dollar səviyyələrində olanqızılın unsiya qiymətinin 1800 dollara qalxacağını nəzərdə tutduğunu deyib.

Sawiri, “İnsanlar böhran dövrlərində qızıl almağa daha meyilli olurlar və hazırda dünya böhranlar ilə doludur. Orta Şərqə, dünyanın digər bölgələrinə baxın…Tramp da bu mənzərəyə yardım edir” ifadələrini istifadə edib.

“Orascom İnşaat” şirkətini quran Naguib Sawiris, Misirdə telekommunikasiya sektoru ilə bərabər İraq, Pakistan, Şimali Koreya və Banqladeş kimi daha az populyar bazarlara investisiya edərək pul qazanıb. Sawirisi 2011-ci ildə də İtaliyanın “Wind Telecomunicazioni” şirkətini də satın alıb.

Sawiris investisiyalarını şaxələndirmək məqsədilə Misirin investisiya bankı “Beltone Financial Holding”i satın alıb. Sawiris mədənçilik sektoruna da investisiyalar yatırıb.

2 COMMENTS