Misirdə iqtisadi cinayət törədən biznesmenlər həbs olunmayacaqlar

Date:

Paylaş:

Misir parlamentinin spikeri Ali Abdel-Aal bildirib ki, hökumət maliyyə məsələləri ilə bağlı cinayət törədən iş adamlarını məsuliyyətə cəlb etməyəcək. Arab News yazır ki, bunda məqsəd investisiya iqlimini yaxşılaşdırmaqdır.

Abdel-Aal-in sözlərinə görə, Misir parlamenti “investorların ölkədən qaçmasına yol vermir”, buna görə də biznesmenlərin pul cinayətlərinə görə həbs edilməsi cərimə ilə əvəzlənməlidir.

Spiker deyib: “Sahibkarların azalıqdan məhrum edilmələrinə yol verməyəcəm”.

Misir parlamenti müvafiq qanun layihəsini artıq ilk oxunuşda təsdiqləyib. Bu ölçü tədbiri ölkənin ixracatı ildə 55 mlrd. dollara çatdırmaq strategiyasının bir hissəsidir. Amma bu, o demək deyil ki, iş adamları və sahibkarların maliyyə məsələləri ilə bağlı qanun pozuntuları cəzasız qalacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...