Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Minlərlə sahibkarın borcu silindi

Minlərlə sahibkarın borcu silindi

63
Məmməd Musayev
Məmməd Musayev

Vergi amnistiyası haqqında qanunun tətbiqi ilə Vergi amnistiyası haqqında qanunun tətbiqi ilə minlərlə sahibkarın faiz və maliyyə sanksiyasına faiz və maliyyə sanksiyasına görə hesablanmış borcu silinib.

Bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib. O bildirib ki, Azərbaycan Sahibkarlar Konfederasiyası Vergilər Nazirliyi ilə də sıx əməkdaşlıq edir. Konfederasiya sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, orta və kiçik sahibkarlığın inkişaf etdirilməsinə yönəlmiş vergi qanunvericiliyinə dair təkliflər irəli sürür:

“Bu gün Azərbaycan sahibkarları dövlət tərəfindən bir çox vergi güzəştləri ilə əhatə olunublar. Vergi amnistiyası haqqında qanunun tətbiqi ilə minlərlə sahibkarın faiz və maliyyə sanksiyasına görə hesablanmış borcu silinib. Hazırda Azərbaycan Respublikası Vergi Məcəlləsində 104 azadolma və 25 güzəşt növü mövcuddur. Bununla bərabər, xarici dövlətlərlə aparılan əməliyyatlarda ikiqat vergitutma da aradan qaldırılıb”.

Rəy bildir

Please enter your comment!
Please enter your name here