Mini markası rəsmi olaraq ilk elektrokarını təqdim edib

Date:

Paylaş:

Mini markası rəsmi olaraq ilk elektrokarını – Cooper SE modelinin təqdim edib. Buna baxmayaraq, avtomobilin baqaj qapısının üzərində Cooper S embleminə rast gəlmək olar. Çox güman ki, britaniya markası elektromobilin güc xarakteristikalarını daxili yanma mühərrikinə (DYM) malik olan Mini Cooper S ilə müqayisə oluna biləcəyinə işarə edir.

Mini Cooper SE modeli 184 at qüvvəsi və 270 Nm fırlanma anı hasil edən elektromotor və 32,6 kilovat-saatlıq batareya ilə təchiz edilir. Cooper SE yerindən 100 km/saat həddinə 7,3 saniyəyə sürətlənir və 150 km/saatlıq maksimal sürət həddinə malikdir. Dolu batareya ilə elektrokar 235-270 km arasında məsafə qət edə bilər.

Mini Cooper SE
Mini Cooper SE

11 kilovatlıq yükləmə qurğusundan istifadə etməklə elektromobilin batareyasını 3,5 saata doldurmaq olar. 50 kilovatlıq yeyin yükləmə terminalında batareyanın 80 faizinin doldurulmasına 35 dəqiqə vaxt gərəkdir. Elektrik yükləmə nöqtəsi isə, adi avtomobildə yanacaq çəninin başlığının olduğu yerdədir.

Mini Cooper SE modelinin zahiri görkəmi DYM ilə təchiz edilmiş hetçbeklə bənzərlik daşıyır. Fərq bağlı radiator barmaqlığında və hər iki bamperdədir. Qeyd etmək lazımdır ki, ön bamperin ölçüsü 19 mm artıb. Bundan başqa, hetçbek adi Cooper S modelindən 18 mm hündürdür. Avtomobilin yan güzgüləri də daha aerodinamik formaya malik olublar. Elektrokarın salonunda elektron əl əyləci və 5,5 düymlük ekranı olan yeni virtual cihazlar paneli peyda olub.

Mini Cooper SE
Mini Cooper SE
Mini Cooper SE
Mini Cooper SE

Cooper SE modelinin təchizatına 6,5 və ya 8,8-düymlük ekranı olan, Apple CarPlay və Android Auto əlaqələrini dəstəkləyən multimedia sistemi, smartfonların naqilsiz doldurulması sistemi, yüksək effektli istilik nasosu olan ikizonalı klimat-kontrol, naviqasiya sistemi və LED işıq texnikası daxildir.

Mini Cooper SE modelinin Böyük Britaniyadakı satış qiymətləri, dövlət subsidiyaları nəzərə alınmaqla, ən azı 24400 funt sterlinq təşkil edəcəkdir. Elektromobilin top variantı 30400 funt sterlinqə satılacaqdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...