Milyonlar bacarıqlar sayəsində deyil, “bacararam” düşüncəsilə qazanılır

Date:

Paylaş:

Biz  potensial olaraq çata biləcəyimiz məqsədləri qarşımıza qoyuruq. Əgər kimsə bilsə ki, ayda milyon qazana bilməyəcək, bunu heç arzu da etməyəcək. Biz nail olacağımızı nəzərdə tutduğumuz arzu edirik. İnsan 100 min qazana biləcəyini biləndə bunu arzu da edir.

Deməli, milyonları çoxlu bacarıqları olanlar deyil, onu qazana biləcəyini hesab edənlər istəyirlər. Amma necə qazana biləcəyi məlum deyil. Bunu bacarmağı düşünmək bir hissiyatdır. Biz ”Bacararam” hissiyatı ilə bir işə başlayırıq, prosesdə  məlum olur ki, bacarıqlar yoxdur və təcrübə əldə edirik. Amma əgər “Bacararam” hissiyatı olmasaydı işə də başlamayacaqdıq.

Milyonlar qazana bilməyəcəyini hesab edən onu arzu etmir, hərçənd əldə etmək üçün bacarıqları milyonları sadəcə arzu edənlərlə müqayisədə daha çoxdur.

Məsələ bacarıq və imkanlarda deyil, hissiyatdadır. “Əldə edə bilərəm” hissiyatında.

Biz öz enerjimizin potensialını hiss edirik və artıq bu potensial əsasında planlar qururuq. Kiminsə milyardlıq, kiminsə on minlik planı olur. Yəni  planlarımızın həcmi enerjimizin, gücümüzün tutumundan asılıdır.

Enerji sanki bizim daxili valyutamızdır. Onu  məqsədlərimiz naminə xərcləyirik. Kimdə bu valyuta çoxdursa onun planları da irihəcmli olur.

Öz potensialını duymaqdan da arzu yaranır.

Qarşımıza məqsədlər qoyduğumuz zaman, özümündən də xəbərsiz, şüuraltı olaraq enerjimizin gücünə yönəlmiş oluruq. Məqsədimiz nə qədər böyük olarsa məsuliyyət də bir o qədər çox olur.

Arzulara çatmaq üçün mənəvi güc lazımdır. Böyük planları reallaşdırmaq üçün də çoxlu həyat enerjisi olmalıdır.

Bacararam

Mənəvi güc sadəcə təcrübəmizə əsaslanan bir hissiyat, həm də ətrafdakıların haqqımızda olan fikirləridir. Onunla biz özümüz, kim olduğumuz barədə təsəvvürlər əldə edirik və hansı məqsədlərə çatmağa qadir olduğumuzu bilmiş oluruq. Belə çıxır ki,həyatda başımıza gələn hadisələr, düşdüyümüz vəziyyətlər və real faktlara dayanaraq özümüz öz potensialımızı müəyyən edirik. Valideynlərimiz, məktəbli dostlarımız, müəllimlərimiz və  qarşılıqlı fəaliyyətdə olduqlarımızın hamısı bizə nəyə qadir olduğumuz barədə məlumatlar verirlər. Bundan da bizim təcrübəmiz əsasında özümüz və bacarıqlarımız barədə müəyyən fikrimiz formalaşır. Nəticədə bu bizə güc verir.

Nəyə qadirəm, hansı məqsədlərə çata bilərəm – özümüz barədə təsəvvürlərimizdən yaranan hissiyat.

Lazımdır

Əgə mən gələn il 100 mln. qazana biləcəyimi hiss edirəmsə bu hələ o demək deyil ki, mən məqsədimə çatmaq üçün nəsə etməyə başlayacağam. Məqsədə çatmaq üçün aktiv olmaq üçün mən “bunun mənə nəyə görə lazım olduğunu” bilməliyəm. Potensialım olub “bunun mənə niyə lazım olması” hissiyatım olmasa, aktiv fəaliyyət də olmayacaq.

Mənə nəsə lazım olanda bu, onun mənə həqiqətən də lazımlı olması demək deyil. Lazımdır sadəcə bir hissiyatdır. Birdən beyninə “bu il 10 milyon qazanmalıyam” fikri gəlir və beləcə onun sənə nə üçün lazım olması ilə bağlı çoxlu arqumentlər çıxır.

Lazım olmaq məntiqi əsaslandırma deyil, hissiyatdır. Biz məntiqi olaraq bizə mənzilin, maşının, evin lazımlığını özümüz üçün əsaslandıra bilərik, amma “lazımdır” hissiyatı olmasa onları əldə etməyimiz üçün motivasiya da olmayacaq. Motivasiya və arzu energetik səviyyədə, təfəkkürümüz isə məntiqi səviyyədə yerləşirlər. Hissiyatımız məntiq səviyyəsini təsdiqləyir.

Məntiqi olaraq nəyin LAZIM olduğunu bilməyimizlə nəyin LAZIM olduğunu hiss etməyimiz fərqli-fərqli şeylərdir. Hissiyat olaraq “LAZIM” bir ehtiyac, tələbatdır. Bu hissiyat olanda diskomfort yaranır.

Məntiqi olaraq “10 milyon qazanmalıyam” deyə düşünmək hələ heç bir ehtiyacın olması demək deyil və bu səndə diskomfort da yaratmır. Sənin əslində heç nəyə ehtiyacın yoxdur, amma məntiqi olaraq düşünürsən ki, 10 milyonun olsaydı da pis olmazdı. Məntiq hissiyatla təsdiqlənməsə plan elə kağız üzərində qalır və qazanmaq arzusu da az olur.

Bacararam + Lazımdır = İstəyirəm

Özümüz üçün  belə bir arzu formulu irəli sürə bilərik:

BACARARAM hissiyatı + LAZIMDIR hissiyatı = İstək Gücü

Məqsədlərə çatmaq arzularla mümkündür. Biz həqiqətən istədiyimiz məqsədlərə çatırıq. Əgər çox uzun müddət bir məqsədə çata bilmiriksə demək istək gücümüz kifayət qədər deyil.

İstək aktiv fəaliyyətlərə sövq edir. İstək nə qədər güclü olursa, bir o qədər məqsədimiz istiqamətində fəal hərəkətlərə başlayırıq.

İSTƏYİRƏM – motivasiyamızdır. Motivasiyanın olmaması “Bacararam” və “Lazımdır” hissiyatlarının olmaması deməkdir. Daha doğrusu, potensialımız və  heç bir ehtiyacımız olmur.

İstək bizim üçün sanki batareyadır. Nə qədər çox enerjimiz olarsa bir o qədər aktiv fəaliyyət göstərmiş olarıq və diqqətimizi də rahatlıqla cəmləyə bilərik. İstək olduğu halda istənilən məqsədə çatmaq mümkündür.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...