Ekspertlərin qiymətləndirməsinə görə, 2018-ci ildə 108 min milyoner yaşayış yerini dəyişib. Bu 2017-ci ildə olandan 14% çoxdur (95 min milyoner).
Milyonerlər yaşayış yerlərini müxtəlif səbəblərdən dəyişirlər: kimisi siyasi və iqtisadi qeyri-stabillikdən qaşır, kimisi isə daha əlverişli vergi rejiminə can atır.
Milyonerlərin getdikləri ölkələrə nəzər salaq.
- Sinqapur
2018-ci ildə gələnlərin sayı: 1 min
Sinqapur – bazar iqtisadiyyatı və aşağı vergitutması olan yüksək inkişaf etmiş ölkə, burada transmilli korporasiyalar əsas rol oynayır.
Sinqapur investorlar üçün vergilərin aşağı olmasına görə cəlbedici gəlir.
Sinqapurda 5 vergi növü var, bunlardan biri gəlirlərə, biri əmək haqqına qoyulan vergidir. Ümumi vergi dərəcəsi 27,1%-dir.
- Yeni Zellandiya
2018-ci ildə gələnlərin sayı: 1 min
Yeni Zellandiya – bazar iqtisadiyyatlı inkişaf etmiş ölkə, əsasını kənd təsərrüfatı, emal və qida sənayesi və turizm təşkil edir.
İqtisadiyyatı ixraca söykənir.Əsas ticarət tərəfdaşları Avstraliya, ABŞ, Yaponiya və Çindir.
- İsrail
2018-ci ildə gələnlərin sayı: 1 min
İsrailin iqtisadiyyatı bazara əsaslanır,texnoloji inkişaf edib və dövlətin də müdaxiləsi var. İsrail Cəbub-Şərqi Asiyada iqtisadi və sənaye inkişafı üzrə ən inkişaf etmiş ölkələrdən biridir.
Ölkə, 2018-ci il hesablamasına görə, Ümumdünya bankının “Biznesin asanlığı” reytinqində 190 yerdən 49-cu mövqedə qərar tutub.
- Yunanıstan
2018-ci ildə gələnlərin sayı: 1 min
Yunanıstan Avropa Birliyi ölkəsidir, son illərdə iqtisadiyyatı ciddi çətinliklər yaşayır. Yunanıstan istehsalın orta dərəcədə inkişaf etdiyi aqrar-sənaye ölkəsidir.
Dövlət sektoru ÜDM-in yarısını verir. Topdan və pərakəndə ticarət yüksək inkişaf edib. Ölkə müxtəlif istiqamətli bank sisteminə malikdir.
Sığorta şirkətlərinn fəaliyyəti geniş yayılıb, birja əməliyyatları sürətlə inkişaf edir.
Əsas sənaye sahələri: tekstil (ən üstün sahə), kimyəvi, neft-kimya, turizm, qida və tütündür.
- Portuqaliya
2018-ci ildə gələnlərin sayı: 1 min
Portuqaliya aqrar-sənaye ölkəsidir. Ən əsas sənaye sahələri tekstil (pambıq və yun), tikiş, şərabçılıq ( xüsusən də liman-şərabı istehsalı), zeytun yağı istehsalı, konservləşdirilmiş balıq, mantar qabığı emalı, qara və rəngli metallurgiya, maşınqayırma (gamiqayırma və gəmi təmiri, avtoyığım, elektrik mühəndisliyi); kimya, neft-kimya və neft emalı, sement sənayesi inkişaf edir.
- İspaniya
2018- ci ildə gələnlərin sayı: 1 min
İspaniya iqtisadiyyatı həcminə görə Avropa Birliyində ( ÜDM nominalına görə ) 5-ci, dünya üzrə isə 12-ci yeri tutur. Bura sənaye ölkəsidir, Qərbi Avropanın ən böyük istehsalçılarından biridir.
İqtisadiyyatına görə dünyada ən iri ölkələrdən biri olan İspaniya bu sistem üzrə ciddi çətinliklər yaşayır ( dövlət borcu, yüksək işsizlik həddi və separatizmə yol açan əsaslı regional bərabərsizliklər).
- BƏƏ
2018-ci ildə gələnlərin sayı: 2 min
BƏƏ iqtisadiyyatının əsasını təkrar ixrac, ticarət, neft və qaz ixracı və hasilatı təşkil edir.Neft hasilatı günə təxminən 2,2 milyon barreldir və böyük hissəsi Abu-Dabi əmirliyində istehsal edilir. Digər önəmli neft istehsalçıları Dubay, Şrca və Rəs əl-Xaymadır.
Neft bir neçə onillik ərzində BƏƏ iqtisadiyyatının sürətli inkişafını təmin edib, lakin digər iqtisadi sahələr, xüsusilə də xarici ticarət də kifayət qədər sürətlə inkişaf edib.
Sənaye mərkəzi Dubay və ona bitişik Jebel Ali sərbəst zonası geniş xarici investisiya cəlb edib. Dubayda Raşid və Jebel Ali limanları və Fuceyra dünyanın 40 ən yaxşı konteyner limanları arasında yer alıblar, bu limanlar ildə 3 milyon konteyner yükü ötürürlər.
- İsveçrə
2018-ci ildə gələnlərin sayı: 2 min
İsveçrə iqtisadiyyatı dünyanın stabillərindən biridir. Dünya üzrə müqayisədə əhalinin orta gəlir səviyyəsi orta hesabdan daha yüksəkdir.
Həyata keçirilən uzunmüddətli maliyyə təhlükəsizlyi və bank sirləri siyasəti İsveçrəni investorların öz vəsaitlərinin təhlükəsizliyinə əmin olduqları bir yerə çevirib və bunun da nəticəsində ölkə iqtisadiyyatı daimi xarici investisiya axınından daha da asılı vəziyyətdə olur.
Yüksək ixtisaslaşmış əməyə və ərazisinin kiçik olmasına görə, sənaye və ticarət İsveçrənin əsas iqtisadi resurslarıdır. İsveçrə qızıl emalı üzrə dünya lideridir və dünya üzrə istehsal edilən qızılın üçdə ikisi onun payına düşür.
- Karib hövzəsi ölkələri
2018-ci ildə gələnlərin sayı: 2 min
Karib hövzəsi ölkələrinə Bermud, Kayman adaları, Virgin adaları, Sen-Bartelemi, Antiqua, Sent-Kits və Nevis və digərləri daxildir.
Bu çox da böyük olmayan ölkələrin hər birini vergi cənnəti adlandırmaq olar və onlar hır şeydən öncə özlərinin yaxşı vergi rejimlərinin olması ilə cəlb edirlər.
- Kanada
2018-ci ildə gələnlərin sayı: 4 min
Kanada adambaşına düşən gəlirlərin yüksək olduğu, dünyanın ən zəngin ölkələrindən biridir və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı-nın (OECD) və “Böyük yeddiliyin” üzvüdür.
Kanada iqtisadiyyatında kanadalıların təxminən dörddə üçünün fəaliyyət göstərdiyi xidmət sahəsi üstünlük təşkil edir.
Kanada inkişaf etmiş ölkələr arasında özünün əmtəə sektoruna görə fərqlənir və burada logistika və neft sənayesi ən əsas sahələr hesab edilir.
- ABŞ
2018-ci ildə gələnlərin sayı: 10 min
ABŞ reytinqin ikincisidir. Milyonerlər üçün ən məşhur şəhərlər Nyu-York, Mayami və San-Fransiskodur.
Keçən il bu şəhərlərə 1 mindən çox milyoner gəlib və bu da ayrı-ayrı ölkələrin reytinq göstəriciləri ilə fərqləndirilə bilər.
1 . Avstraliya
2018-ci ildə gələnlərin sayı: 12 min
Artıq ardıcıl olaraq dördüncü ildir ki, Avstraliya ABŞ-ı ötərək, milyonerlərin üz tutduğu ən populyar ölkə olaraq qalır.
Bu ölkə zənginləri, digər qitələrdən uzaqlığı ilə, həmçinin, iqtisadi rəqabətqabiliyyətli olması və Asiya-Pasifik bazarlarına çıxma imkanına görə cəlb edir.