Milyonçularla bağlı 16 maraqlı fakt

Date:

Paylaş:

Necə varlanmaq olar? Əgər bu suala cavab axtarırsınızsa deməli, doğru ünvandasınız. Əslində bu sual hər birimizi maraqlandırır, amma yalnız bəzilərimiz həmin o zənginliyə çata bilirik.

Yaxşı, bəs varlanmağın sirri nədədir? Milyonçu olmaq üçün nə etmək lazımdır? Niyə kimsə varlana bilir, kimsə yox?

Budur, milyonçular haqqında 16 fakt:

1 .Bir çox varlılar başqalarına institutlarda çox vaxt keçirməməyi məsləhət görür. Heç bir miras olmadan işlərini özləri quran milyonçuların ali təhsili bir qayda olaraq, 2 ildən çox çəkməyib. Heç bir milyonçu klubunda sizdən ali təhsil üzrə diplom soruşmayacaqlar.

2 .Ağıllı milyonçular bir qadınla ailə qurub bütün həyatlarını bir tək onunla yaşamağa üstünlük verirlər. Çünki, kənar münasibətlər və əyləncələr insanı mənəvi və maddi cəhətdən tükədir və hər hasısa bir xanımın nəsə xoşuna gəlməsə onun sizi məhkəməyə verməsi kimi hallar da burada istisna deyil.

3 .Çində heç vaxt öz bəxtlərini tapa bilməyən çoxlu milyonçu var. Məhz belə məşğul varlılar üçün xüsusi kruiz ( gəmi gəzintisi) təşkil olunub və orada onlar özlərinə münasib həyat yoldaşı tapırlar. Səyahət gəmisinin bortuna təxminən 50 adam çıxır. Onların yarısından çoxunun sərvəti 20 mln. dollardan çox olur. Milyonçular gəmisində namizəd xanımlar maraqla gözləyirlər: xoşbəxt və zəngin ailə həyatı arzusunda olan xüsusi seçilmiş qızlar.

4 .Statistika: milyonçuların 35%-ndən çoxu həftədə təxminən 45-55 saat gərgin səylə çalışırlar ( müqayisə üçün deyək ki, adi işçi həftədə 40 saat işləyir).

5 .Şotlandiyalı milyonçular ən qənaətcil və məhsuldar hesab olunurlar. Səbəbini isə heç kim izah edə bilmir. Amma ən çox  pul xərcləyən milyonçular rus oliqarxlarıdırlar.

6 .Rusiyalı milyonçular amerikalıların ümumi sayının cəmi 6%-ni təşkil edirlər. Amma orta hesabla Rusiyadan Amerikaya nisbətən altı dəfə daha çox milyonçu çıxır.

7 .Araşdırmalar göstərib ki, büdcəsinin düzgün tənzimləndiyi və eyni zamanda, xərclərinin ciddi nəzarətdə olduğu ailələrin başçıları milyonçu olurlar.  Milyonçuların əksəriyyəti bildirib ki, gələcək maddi vəziyyətlərini planlamaqla onlar çox vaxt sərf edirlər.

8 .Rusiya, ABŞ və Avropada milyonçulara münasibət fərqlidir. Rusiyada “yeni ruslar” haqqında lətifələr milyonçular haqqında əsas məlumat mənbəyi olaraq qalırlar. Bundan başqa, hardan əldə edildiyi məlum olmayan pulların necə yaxşı xəcrlənməsi ilə bağlı tarixçələr də mövcuddur.

9 .Amerikada isə əsas belə bir prinsipdir: “ Pullu birinə nə paxıllıq et, nə də onunla münaqişə yarat. Ən yaxşısı , məsələn, belə birinə nəsə satmaqla özün pul qazanmağa çalış”.

10 .Əsl milyonçular heç vaxt uşaqlarına çox pul xərcləmirlər. Bu baxımdan pullarına qənaət etmədikləri yeganə hal onların təhsilidir. Başqa heç bir çox bahalı oyuncaq və uşaqların kaprizləri belə nəzərə alınmır – onlar ailə biznesinin layiqli davamçıları olmalıdırlar.

11 .Milyonçular çox böyük ev almağı sevmirlər. Hesab edirlər ki, belə evin birincisi, kommunal xidmət xərcləri də çox olur, ikincisi, təmizlik xidmətinə çox pul ödəmək lazım gəlir, üçüncüsü isə Avropada bu sadəcə yaxşı qəbul olunmur.

12 .Amerikalı milyonçuların 50%-nin maşını 25 min dollardan bahadır. 20%-i isə heç vaxt 20 min dollardan daha ucuz bir maşın almayıb. Onların üçdə birindən çoxu isə istifadə olunmuş avtombillərə xüsusi həvəs göstərir.

13 . Uğurlu milyonçular çox istisna hallarda yüksək təbəqəli aristokratlar əhatəsinə düşməyə can atırlar. Onlar ümumiyyətlə heç bir kluba daxil olmamağa çalışırlar. Çünki, belə yerlərdə hesab ödəmək və ya sədəqə vermək lazım gəlir.

14 .Dünya üzrə öz sərvətini özü qazanan milyonçuların kateqoriyası 80% təşkil edir və zəngin adamların təxminən yalnız 20%-i milyonlara miras olaraq sahib olub.

15 .Qərbdə sərvətinə görə milyonçularla müqayisə oluna biləcək şəxslər psixoanalitiklərdir. Düzdür, onların nə qədər qazandığı sirdir, amma məsələn, Robert de Niro və bəzi tanınmış oliqarxların psixoanalitikinin bu yaxınlarda səkkizinci evini aldığı məlumdur.

16 .Orta statistik milyonçunun portreti belədir: yaş 57, ailəli və üç uşaqlı. Dünya üzrə milyonçuların təxminən yarısının həyat yoldaşları isə işləyir. Yeri gəlmişkən, onlardan çoxu müəllimədir.

Bəs siz necə düşünürsünüz? Milyonçu olmaq üçün hansı keyfiyyətlər lazımdır?

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...