Yeni nəşr olunan bir hesabata görə son illərdə milyonçuların yaşamaq üçün ən çox seçdiyi ölkələrin başında Avstraliya gəlir.
New World Wealth’in bildirdiyi hesabata görə 2016-ci ildə 11 min milyonçu Avstraliyaya köçüb. Bir il əvvəl isə bu rəqəm 8 min idi.
Xüsusilə Çinli və Hindli milyonçuların seçim etdiyi Avstraliya asan vergi şərtləri ilə ABŞ və İngiltərədən daha əlverişli bir ölkədir. Ölkə olaraq həyat şərtləri də olduqda əlverişlidir.
İş adamları Avstraliyanı ticarət baxımından da daha təhlükəsiz və əlverişli heab edirlər.
Çin, Cənubi Koreya, Sinqapur və Hindistandan gələn investorların seçimi olan Avstraliyanın əksinə Fransa 2016-cı ildə ən çox milyonçu itirən ölkə oldu. Bir il içində 12 min milyonçu Fransanı tərk etdi.