Əsas səhifə Məqalələr Fərdi inkişaf Milyonçu olmağın yolları

Milyonçu olmağın yolları

4573
Paylaş
Milyonçu olmağın yolları

Milyonçu olmağın çox sadə qaydaları var. Bu qaydaları 30 yaşına çatmadan milyonçu olan müxtəlif şəxslər tətbiq ediblər. Onların tətbiq etdiyi bu qaydalar addım-addım sizləri də var dövlətə aparacaq.

30 yaşına çatmadan milyonçu olmaq hər nə qədər fantaziya kimi görünsə də onlar özləri üçün tətbiq etdikləri sadə qaydalarla bunu bacarıblar.

1. Pulunuza nəzarət edin

İlk qayda pula nəzarət etməkdir. Hazırkı dövrdə iqtisadi vəziyyət elə də ürəkaçan deyil və pul qazanmaq olduqca çətindir. Buna görə də qazandığınız pula nəzarət edin. İlk etapda özünüzə fərdi maliyyə planı hazırlaya bilərsiniz edə bilərsiniz.

2. Qənaətçil olun!

Əsas qaydalardan biri qənaət etməyi bacarmaqdır. Lazımsız yerlərə, məhsullara pul xərcləməyin. Unutmayın sizin hədəfiniz milyonçu olmaqdır! Lazımsız yerlərə xərclədiyiniz pulları investisiya kimi yatıra bilərsiniz.

Bank hesabı açan zaman faizləri yüksək olan banklar seçməyin! Fürsətləri, endirimli kampaniyaları axtarın.

3. Məcbur olmadığınız halda kredit götürməyin və borc almayın!

Qısa və dəqiq desək qəti şəkildə borc almayın! Ehtiyacınız olsa belə banklardan alacağınız borcları faiziylə birlikdə ödəyəcəyinizi unutmayın. Bəzi hallarda borc almaq qaçınılmaz ola bilər. Bu zaman ailənizdən, yoldaşlarınızdan borc almağınız daha məsləhətdir.

4. Pulunuzu qısqanın

Pulunuzu nümayiş etdirməkdən uzaq qaçın. Hətta 30 yaşına çatmadan milyonçu olan bir sərmayəçi “Milyonçu olduğum halda, lüks saatlara, aksesuarlara pul xərcləmədim. Belə ki uzun illər Toyota Camry sürməyə davam etdim “deyir.

Pulunuzu lazım olmadıqca xərcləməkdən çəkinin. O sizi milyonçu edəcək, unutmayın!

5. Səhər tezdən oyanın

Əgər çox yatmağı və səhərlər gec oyanmağı sevirsinizsə bunu dəyişdirməyin vaxtıdır! Yuxu mütəxəssisi elm adamları gündə 8 saat yatmağın bir insan üçün kafi olduğunu sübut ediblər. İndiyə qədər işlərində müvəffəqiyyətli olmuş hər kəs səhər erkən qalxaraq işlərinə başlayır.

Dünyada milyonlarla varlı yəhudinin səhər erkən saatlarda qalxıb işə başladığı məlumdur. Səhər saatlarında insan daha məhsuldar olur, inanın!

6. Milyonçulardan ilham alın!

Bir çox milyonçu varlı olmazdan əvvəl yoxsul ya da orta gəlirli həyat yaşayıb. Onlar milyonçu olmağı bacarıblar. Deməli hər kəs bacara bilər! Çoxu həqiqətən məlumat vermək mövzusunda comərd davranırlar. Onları dinləyin, məsləhətlərinə qulaq asın və təşkil etdikləri seminarlarda iştirak edin.