Əsas səhifə Məqalələr Fərdi inkişaf Milyon dollarlıq sərvətindən imtina edib xərçəng xəstələrinə yardım edir

Milyon dollarlıq sərvətindən imtina edib xərçəng xəstələrinə yardım edir

1089
Paylaş
Ortalama bir maaşdan milyonerliyə yüksəlmək. Olduqca maraqlı bir hekayəsi var. Mazzi Dumato adındakı Suriyalı 3.1 milyon dollarlıq sərvətiylə playboy kimi yaşayarkən, bir sıra hadisələr qarşısında həyat görüşünü dəyişdirib bütün pullarıni hər bir səbəb üçün bağışlama qərarı verir və beləcə xoşbəxtliyi tapdığına inanır. Mənşəcə Suriyalı, Şam şəhərindən olan 28 yaşındaki Mazzi Dumato, pullarını internet dizaynerliyi, marketinq və əmlak işləri üzərindən Birləşmiş Ərəb Əmirlikləri, Dubayda qazanıb.
İrəliləyən zamanlarda 3 milyon dollar kimi böyük bir sərvətə çatan Dumato, ala biləcəyi hər şeyə öz istəyi qədər yaxın imiş. Maşın sürərkən yuxulamasıyla birlikdə beş maşının zəncirləmə qəzasına qarışan Dumato, sorğu sual üçün bir gecəlik nəzarətdə qalarkən bütün həyatını sorğulayıb və dəyişdirməyə qərar verib.  Həyatındakı hər şeyin dağıldığını düşündüğü sırada toparlanıb, maşın qəzası sonrasında həbsdən çıxıp dünyanı dolaşmağa başlayıb. Braziliyada Milena adında bir qadınla tanış olub ona aşiq olan Mazzi, Milenayla evləndikdən sonra dünyanı gəzməyə davam eləyib.
Bir müddətlik xoşbəxtliyin dadını çıxaran ikili, Dominik Cumhuriyyətinə insani yardımlar edərək 3.1 milyon dolların bir qismini xərcləyiblər. Fəqət hekayə, Mazzinin yoldaşı Milenaya xərcəng xəstəliyi diaqnozu qoyulmasıyla yenidən bir fasiləyə uğrayıb. Mazzi, pulunun geriyə qalan qismiylə 700 min dollarlıq əməliyyat məsrəflərini yoldaşı üçün qarşıladıqdan sonra, iki əməliyyat keçirən Milena yenə də sağalmayıb. Alternativ tibbi metodlara yönələn Mazzi, Braziliyada bir doktor tapıb bir sahə alaraq sadəcə yoldaşına yardım etmək yerinə ətrafdakı bütün xəstələrin müalicəsi üçün bir bina inşa etdirib. Cənubi Amerika çevrəsində xərçəng xəstələrinə yardım etmək üçün sərvətini xərcləyən Mazzi, bugünlərdə öz maşınında gecələyərək, dünyanı gəzərkən topladıği bitki mənşəli məhsulları satır və sərvətinin haradasa tamamıni tükətdiyini də etiraf edir.  Mazzi Dumatonun təsir edici hekayəsi əslində eqoist və harın olaraq görülən zəngin insanların necə dəyişə biləcəyi yönündə gözəl bir misaldır.