Dünyanın ən qiymətli texnoloji startaplarının çoxu heç vaxt gəlirli olmayıb. Onlar sürətli inkişafa milyardlarla dollar yatırım edirlər, amma bununla yanaşı hər il pul itirirlər. Səhmdarlar belə bir modeli nə zamansa şirkətlərin uğura imza atacaqlarına inanaraq qəbul edirlər, necə ki, bu, bir vaxt Facebook və Amazonla baş verib.
2010-cu ildən sonra uğurla İPO keçirmiş 1 mlrd. dollardan çox dəyərə malik olan 100 startapdan 64%-i zərər içindədir. Bunu Pitchbook hesabatı deyir. Recode isə məlumat verib ki, zərər görən şirkətlər 2018-ci ildə gəlirli olanlardan daha çox dəyərləndiriliblər.
Səhmdarlar startapları dəstəkləməyə və onların pul gətirməyə başlamasını gözləməyə hazırdırlar. Bu bir neçə şirkətə görə iə yarayıb: Facebook yaranandan 5 il sonra qazanmağa başlayırz. 2018-ci ildə isə onun gəliri 6,9 mlrd. dollar olur. 1994-cü ildə əsası qoyulan Amazon isə 2001-ci ilə qədər gəlir gətirməyib.
Business İnsider dəyəri 1 mlrd. dollar olan uğursuz startapların top 9-luğunu tərtib edib:
Startap Snap
Yarandığı tarix 2011
Hazırki dəyəri $21,7 mlrd.
2018-ci ildəki xalis zərəri $1,3 mlrd.
Startap Zillow
Yarandığı tarix 2004
Hazırki dəyəri $8,38 mlrd.
2018-ci ildəki xalis zərəri $119,9 mln.
Startap Square
Yarandığı tarix 2009
Hazırki dəyəri $29,6 mlrd.
2018-ci ildəki xalis zərəri $38,46 mln.
Startap Uber
Yarandığı tarix 2009
Hazırki dəyəri $50,4 mlrd.
2018-ci ildəki xalis zərəri $1,8 mlrd.
Startap Lyft
Yarandığı tarix 2012
Hazırki dəyəri $14,9 mlrd.
2018-ci ildəki xalis zərəri $911 mln.
Startap Pinterest
Yarandığı tarix 2009
Hazırki dəyəri $10,9 mlrd.
2018-ci ildəki xalis zərəri $63 mln.
Startap WeWork
Yarandığı tarix 2010
Hazırki dəyəri $4,9 mlrd.
2018-ci ildəki xalis zərəri $1,6 mlrd.
Startap Spotify
Yarandığı tarix 2011
Hazırki dəyəri $25,8 mlrd. dollar
2018-ci ildəki xalis zərəri $78 mln.
Startap Tesla
Yarandığı tarix 2003
Hazırki dəyəri $59,3 mlrd.
2018-ci ildəki xalis zərəri $976 mln.
Qeyd edək ki, bu yaxınlarda Elon Musk elektropikapının uğursuz təqdimatından sonra 768 mln. dollar itirib və Teslanın səhmlərinin qiyməti 6% azalıb.