Əsas səhifə Xəbərlər Digər xəbərlər Milyardlarla dollar dəyəri olan 9 startap-ı hansı “zərər” birləşdirir?

Milyardlarla dollar dəyəri olan 9 startap-ı hansı “zərər” birləşdirir?

61

Dünyanın ən qiymətli texnoloji startaplarının çoxu heç vaxt gəlirli olmayıb. Onlar sürətli inkişafa milyardlarla dollar yatırım edirlər, amma bununla yanaşı hər il pul itirirlər.  Səhmdarlar belə bir modeli nə zamansa şirkətlərin uğura imza atacaqlarına inanaraq qəbul edirlər, necə ki, bu, bir vaxt Facebook və Amazonla baş verib.

2010-cu ildən sonra uğurla İPO keçirmiş 1 mlrd. dollardan çox dəyərə malik olan 100 startapdan 64%-i zərər içindədir. Bunu Pitchbook hesabatı deyir. Recode isə məlumat verib ki, zərər görən şirkətlər 2018-ci ildə gəlirli olanlardan daha çox dəyərləndiriliblər.

Səhmdarlar startapları dəstəkləməyə və onların pul gətirməyə başlamasını gözləməyə hazırdırlar. Bu bir neçə şirkətə görə iə yarayıb: Facebook yaranandan 5 il sonra qazanmağa başlayırz. 2018-ci ildə isə onun gəliri 6,9 mlrd. dollar olur. 1994-cü ildə əsası qoyulan Amazon isə 2001-ci ilə qədər gəlir gətirməyib.

Business İnsider dəyəri 1 mlrd. dollar olan uğursuz startapların top 9-luğunu tərtib edib:

Startap                                      Snap

Yarandığı tarix                         2011

Hazırki dəyəri                          $21,7 mlrd.

2018-ci ildəki xalis zərəri        $1,3 mlrd.

 

Startap                                      Zillow

Yarandığı tarix                         2004

Hazırki dəyəri                          $8,38 mlrd.

2018-ci ildəki xalis zərəri        $119,9 mln.

 

Startap                                      Square

Yarandığı tarix                         2009

Hazırki dəyəri                          $29,6 mlrd.

2018-ci ildəki xalis zərəri        $38,46 mln.

 

Startap                                      Uber

Yarandığı tarix                         2009

Hazırki dəyəri                          $50,4 mlrd.

2018-ci ildəki xalis zərəri        $1,8 mlrd.

 

Startap                                      Lyft

Yarandığı tarix                         2012

Hazırki dəyəri                          $14,9 mlrd.

2018-ci ildəki xalis zərəri        $911 mln.

 

Startap                                      Pinterest

Yarandığı tarix                         2009

Hazırki dəyəri                          $10,9 mlrd.

2018-ci ildəki xalis zərəri        $63 mln.

 

Startap                                      WeWork

Yarandığı tarix                         2010

Hazırki dəyəri                          $4,9 mlrd.

2018-ci ildəki xalis zərəri        $1,6 mlrd.

 

Startap                                      Spotify

Yarandığı tarix                         2011

Hazırki dəyəri                          $25,8 mlrd. dollar

2018-ci ildəki xalis zərəri        $78 mln.

 

Startap                                      Tesla

Yarandığı tarix                         2003

Hazırki dəyəri                          $59,3 mlrd.

2018-ci ildəki xalis zərəri        $976 mln.

 

Qeyd edək ki, bu yaxınlarda Elon Musk elektropikapının uğursuz təqdimatından sonra 768 mln. dollar itirib və Teslanın səhmlərinin qiyməti 6% azalıb.

Rəy bildir

Please enter your comment!
Please enter your name here