Milyarderlərin sayında son on ildə artım var

Date:

Paylaş:

Dünyadakı milyarderlər ötən il ərzində əhalinin daha yoxsul təbəqəsinin hesabına sərvətlərini əhəmiyyətli dərəcədə artırıblar.

“Bizplus.az” xəbər verir ki, bu, “Oxfam” yoxsulluqla mübarizə üzrə təşkilatların beynəlxalq birliyinin hesabatında yer alıb.

Hesabata əsasən, 2018-ci ildə milyarderlərin aktivləri toplamda 12 faiz – gündə orta hesabla 2,2 milyard avro artıb. Dünya əhalisinin yoxsul təbəqəsi isə 11 faiz itkiyə məruz qalıb.

Hesabatda deyilir ki, son 10 ildə dünyada milyarderlərin sayı iki dəfə artıb. Eyni zamanda daha az insan yoxsulluqdan xilas olur.

Qeyd edək ki, gündəlik 1,7 avrodan az gəlir əldə edənlər yoxsulluqda yaşayan şəxslər sayılır. Sənəddə həssas təbəqəyə qadınlar və qızlar daha çox aid edilir. Dünyada orta hesabla kişilərin aktivlərinin ümumi həcmi qadınlarla müqayisədə 50 faiz çoxdur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...