Milyarderlər pul dalınca qaçmamağa çağırıblar

Date:

Paylaş:

İri biznes nümayəndələri sahibkarları təkcə öz səhmdarlarına deyil bütün cəmiyyətə işləməyə çağırıblar. 180 şirkətin rəhbəri birgə “korporativ təyinat bəyannaməsi” imzalayıblar və orada bu barədə bəhs olunur.

Sənədin əsas ideyası ondan ibarətdir ki, biznes təkcə səhmdarların maraqlarını təmin etməli deyil  həm də “hər kəsə xidmət edən bir iqtisadiyyat” qurmalıdır. Bildirişi Amazonun rəhbəri Jeff Bezos, American Airlines hava yolları şirkətinin icraçı direktoru Doug Parker, ABŞ-ın ən böyük JPMorgan Chase bankının rəhbəri  Jamie Dimon və digər rəhbərlər imzalayıblar.

Sənəddə deyilir ki, biznes müştərilərin “gözləntilərinə cavab verməli”, digər “iri və ya kiçik” şirkətlərlə vicdanla və etik qaydalar çərçivəsində işləməli, nəşriyyatların fəaliyyət göstərdikləri cəmiyyətləri dəstəkləməli və həmçinin, ətraf mühitin qayğısına qalmalıdır.

Reuters yazır ki, sənədə, vaxtında səhmdarların əhəmiyyəti barədə punktun daxil edilməsi ixtisarlara və 1980-ci illər həmkarlar iffifaqlarına qarşı mübarizəyə gətirib çıxarıb. Ona görə də yeni düzəlişlər iqtisadiyyatı dəyişməyə səsləyir.

ABŞ və Çin arasındakı ticarət müharibəsinin kəskinləşməsi səbəbi ilə dünyanın ən zəngin insanları artıq iki dəfə, bir gündə çoxlu milyard dollarlar itiriblər. Sonuncu dəfə bu, 14 avqustda baş verib: onda on nəfər zəngin ümumən 18 milyard dollar itirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...