Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Milyarderlər bütün günü kafe işçisi olaraq işləyiblər

Milyarderlər bütün günü kafe işçisi olaraq işləyiblər

219
Paylaş

“Microsoft” şirkətinin rəhbəri Bill Qeyts və “Berkshire Hathaway” holdinqinin rəhbəri Uorren Baffet ABŞ-ın Omaha ştatında “Dairy Queen” qəlyanatlı restoranlarının şəbəkəsində kassada dayanıblar. Və sıradan kafe işçisi olaraq bütün günü işləyiblər.

Bu haqda texnoresurs CNet.nəşri yazıb.

Bildirilir ki, milyarderlər sifarişləri qəbul edirdi və vafli stəkanlarına yumşaq dondurmanı əlavə edir, qonaqlar ilə görüşürdülər. Həmçinin Bill və Uorren “Dairy Queen”ə məxsus firma dondurmasını da hazırlamalı idilər. Bu, testdən keçmək üçün onlar işə başlayıblar. Bu dondurmanın bir özəlliyi var ki, onları stəkanlara əlavə edirsən, daha sonra onu başı aşağı çevirsən belə onlar yerə düşmür. Birinci dəfədən milyarderlərə bu fokusu tutmaq müvəffəq olmayıb.

“Buna görə iki porsiya pulsuz əldə edəcəksiniz”-deyə Baffet tez müştəriyə söz verib.

Sahibkarların işini “Dairy Queen”in əməkdaşı-Zak qiymətləndirib. Onun sözlərinə görə, Bill və Baffet heç də pis işin öhdəsindən gəlməyiblər. Amma o əlavə edib ki, “daha yaxşısı ola bilərdi”. Bildirək ki, qəlyanaltı şəbəkəsi artıq çoxdandır ki, milyarder Baffetə aiddir.

Daha əvvəl bildirmişdik ki, “Facebook” sosial platformasında amerikalı milyarderin fotosu yayılmışdı. Orda Bill Qeyts Vaşinqton, Sietl-də fast-food üçün növbə gözləyirdi. Onun sərvətinin dəyəri 96,5 milyard dollar qiymətləndirilir, amma o səbrlə növbəsini gözləyib ki, sifariş edə bilsin.

Bill Qeyts növbə gözləyir

Bill Qeyts
Bill Qeyts

Uorren-Baffet
Uorren-Baffet
Bill Qeyts
Bill Qeyts
Bill Qeyts
Bill Qeyts