Bir il ərzində bu sosial şəbəkənin yaradıcısı $19 milyard itirib.
Facebook-un rəhbəri olan Mark Zuckerberg üçün 2018-ci il uğurlu olmamışdı. Ötən ilin yanvar ayında biznesmenin mülkiyyəti $75 milyard kimi qiymətləndirilib, dekabrın sonunda isə bu rəqəm $56 milyarda qədər düşüb.
Zuckerberg? Facebook səhmlərinin 13%-ə sahibdir. Bu il şirkət bir sıra böhranlarla üzləşmiş olub, onlar sırasına Cambridge Analytica ilə baş vermiş qalmaqal da daxildir.
İyulun 25-də şirkət ikinci rübdəki mənfəət haqqında öz hesabatı təqdim etdikdən sonra, Facebook səhmlərinin qiyməti 20% -dən çox azalıb. Təbii ki, Mark Zuckerbergin kapitalı da dərhal azalmaya məruz qalıb.
Sosial şəbəkənin səhmlərinin ən aşağı nöqtəyə düşdüyü anda, 24 noyabr tarixində, Mark Zuckerberg şəxsi kapitalı təxminən $52 milyard təşkil edib, lakin hal-hazırda səhmlərin dəyəri bir qədər bərpa olur və Money jurnalının fikrincə, ilin yekunları üzrə illik zərər təxminən $15 milyard ola bilər.