Milyarderin arzusu 24 il sonra yerinə yetib

Date:

Paylaş:

Milyarderin arzusu yerinə yetib: Tilman Fertitta basketbol klubunu almaq səbəbini Forbesə açıqlayıb

Əslən Hyuston yetirməsi olan, biznesmen çoxdandır ki, Houston Rockets komandasının sahibi olmaq arzusunda idi, amma ki, 24 il əvvəl o buna nail ola bilməmişdi.

Tilman Fertitta (Forbes qlobal reytinqində №693 , sərvəti $2,9 mlrd) çox yaxşı bilir ki, o Houston Rockets klubunu dəyərindən baha alıb. Milyarder basketbol klubu üçün 2,2 mlrd dollar ödəyib, bununla da o, NBA tarixində yeni rekorda imza atıb. Bundan əvvəlki rekord isə Stiv Balmerə aid idi, o, Los Angeles Clippers klubunu 2014-cü ildə 2 mlrd dollara almışdı.

Klubun qiyməti, yəni Ferittanın ödədiyi vəsait onun EBİTDA dəyərindən 35 dəfə daha yüksək olub,  məhz bu amil sensasiya doğurub. Biznesmen özü isə iddia edir ki, rəqəmlər onu elə də maraqlandırmır: “Siz, EBİTDA göstəricilərinə baxıb, kluba hansı qiymət ödəməli olduğunu deyə bilməzsiniz. Çünki əsas faktor – komandanı qorumaqdır” – o Forbes ilə söhbəti zamanı bəyan edib.

Təklif etdiyi yüksək qiymət, ona klubu əvvəlki sahibi Lesli Aleksandrdan almaq arzusunda olan digər rəqiblər qarşısında əhəmiyyətli üstünlük qazandırıb.  Bu barədə Feritta deyir: “ Onlar kluba görə nə qədər ödəməli və bunu necə etməli olduqlarını müəyyən etməyə çalışdığı müddətdə, mən gəldim və bunu etdim”.

Fertitta əslən Hyustandandır və o, bu klubu hələ 1993-cü ildə almağa çalışıb,lakin Aleksandr onu qabaqlayıb.  Fertitta deyib ki, bir neçə dəfə başqa komandaların alıcısı kimi özünü göstərsə belə, onun ürəyində həmişə Houston Rockets olub.

O həmçinin bildirib ki, klubu 5 ya 10 ildən sonra satmaq üçün almır, bu aktivlər nəsildən –nəsilə ötürülərək, onun ailəsinə məxsus qalacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...