Milyarder Warren Buffet Bill və Melinda Gates fonduna $3,6 mlrd. bağışlayacaq

Date:

Paylaş:

Buffet “Berkshire Hathaway” şirkətində sahib olduğu A və B tipli səhmlərini konvertasiya edərək, beş xeyriyyə təşkilatına bağışlayacaq: Bill və Melinda Gates, Susan Thompson Buffett (milyarderin həyat yoldaşının adına, 2004-cü ildə yaradılıb) və öz uşaqlarının üç fondu – Howard G. Buffett Foundation, Sherwood Foundation и NoVo Foundation.

Bu haqda “Berkshire Hathaway” in rəsmi saytında dərc edilmiş pres-realizdə deyilir.

Qeyd edək ki, 2006-cı ildə Buffet sahib olduğu sərvətin 85%-ni xeyriyyəyə ayıracağını vəd edib (37 milyard dollar). Paketin böyük hissəsi Bill və Melinda Gates fonduna bağışlanılacaq. 88 yaşlı milyarder ölümündən sonra da xeyriyyənin davam etməsini istəyir: onun sahib olduğu səhmlər vəsiyyətnamənin qüvvəyə mindiyi andan etibarən 10 il ərzində xeyriyyə fondlarının hesabına köçməlidir.

Warren Buffet və Bill Gates – “The Giving Pledge” (“Bağışlama andı”) hərəkatının əsasını qoyublar. Qaydalara görə, iştirakçılar sərvətinin yarısından çox hissəsini xeyriyyəyə ayırmalıdırlar. Bu il hərəkata daha 19 filantrop qoşulub. Onlar sırasında Jeff Bezos-un keçmiş həyat yoldaşı Mackenzie Bezos, Mark Zuckerberg, İlon Musk və digərləri var.

Buffet sahib olduğu sərvətin həcminə görə dünyada 3-cü yerdədir. Forbes jurnalının qiymətləndirmələrinə görə. Milyarder 82, milyard dollara sahibdir. Bu reytinqdə Bill Gates ikinci (96,5 milyard dollar), Jeff Bezos isə birinci (131 milyard dollar) yer alır.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...