Milyarder filantrop Corc Soros seçkilərdə Trampa dəstək olduğu üçün“Facebook”u sərt tənqid edib. O, sosial şəbəkə üzərində nəzarətin onun yaradıcısı Mark Zuckerberg-in və CEO-su Sherill Sandberg-in əlindən alınması ilə əlaqədar çağırış edib.
Soros əminliklə deyir ki, Tramp 2016-cı il seçkilərini “Facebook”dakı siyasi reklamı hesabına qazanıb. Milyarder eyni halın 2020-ci ildə də təkrarlana biləcəyindən narahatdır.
Səhmdar bildirir: “ Donald Trampla Mark Zuckerberg özləri də etiraf edirlər ki, maraqları üst-üstə düşür: prezident seçkiləri qazanır, Zuckerberg də bundan özünə pul edir”.
Soros fikrini belə əsaslandırır ki, 2019-cu ilin sentyabrında Ağ Evdə qapalı görüş keçirən Trampla Zuckerberg güman ki, 2020-ci ildə keçiriləcək prezident seçkiləri kampaniyası ərzində dəstəklə bağlı razılığa gəliblər: Facebook alqoritmləri elə tənzimlənməlidir ki, məhz Tramp qalib olsun.
Milyarder sözlərini belə yekunlaşdırıb:” Facebook”a qarşı çıxmaqda özümü bir daha haqlı hesab edir və ittihamımı da təkrarən təsdiqləyirəm: şəbəkəni idarə edən Mark Zuckerberg və CEO Sherill Sandberg ancaq bir məqsədə xidmət edirlər ki, bu da nəticədən asılı olmayaraq, qazancı maksimuma çatdırmaqdan ibarətdir.