Əsas səhifə Xəbərlər Xarici xəbərlər Milyarder: “Tramp seçkiləri qazanır, Zuckerberg isə bundan pul güdür”

Milyarder: “Tramp seçkiləri qazanır, Zuckerberg isə bundan pul güdür”

43
Paylaş

Milyarder filantrop Corc Soros seçkilərdə Trampa dəstək olduğu üçün“Facebook”u sərt tənqid edib. O, sosial şəbəkə üzərində nəzarətin onun yaradıcısı Mark Zuckerberg-in və CEO-su Sherill Sandberg-in əlindən alınması ilə əlaqədar çağırış edib.

Soros əminliklə deyir ki, Tramp 2016-cı il seçkilərini “Facebook”dakı siyasi reklamı hesabına qazanıb. Milyarder eyni halın 2020-ci ildə də təkrarlana biləcəyindən narahatdır.

Səhmdar bildirir: “ Donald Trampla Mark Zuckerberg özləri də etiraf edirlər ki, maraqları üst-üstə düşür: prezident seçkiləri qazanır, Zuckerberg də bundan özünə pul edir”.

Soros fikrini belə əsaslandırır ki, 2019-cu ilin sentyabrında Ağ Evdə qapalı görüş keçirən Trampla Zuckerberg güman ki, 2020-ci ildə keçiriləcək prezident seçkiləri kampaniyası ərzində dəstəklə bağlı razılığa gəliblər: Facebook alqoritmləri elə tənzimlənməlidir ki, məhz Tramp qalib olsun.

Milyarder sözlərini belə yekunlaşdırıb:” Facebook”a qarşı çıxmaqda özümü bir daha haqlı hesab edir və ittihamımı da təkrarən təsdiqləyirəm: şəbəkəni idarə edən Mark Zuckerberg və CEO Sherill Sandberg ancaq bir məqsədə xidmət edirlər ki, bu da nəticədən asılı olmayaraq, qazancı maksimuma çatdırmaqdan ibarətdir.