Amerikalı milyarder Corc Sorosun terrorçu kimi tanınması xahişi ilə Prezident Donald Trampa ünvanlanan petisiya məsələnin Prezident Administrasiyasında baxılması üçün lazım olan 100 min səsi toplayıb.
Azertag xəbər verir ki, petisiya Ağ Evin saytında yerləşdirilib.
Petisiyanın mətnində bildirilir ki, Corc Soros qəsdən və daimi əsasda stabilliyi pozmağa, Birləşmiş Ştatlara və onun vətəndaşlarına qarşı zorakılıq aktları etməyə çalışıb. O, bu məqsədlə onlarla, hətta ola bilsin yüzlərlə təşkilat yaradıb və maliyyələşdirib. Petisiyanı imzalayanlar, həmçinin hökuməti milyarderin əmlakını və aktivlərini əlindən almağa çağırırlar.