ABŞ-ın Nyu-York ştatında maliyyəçi Corc Sorosun evi yaxınlığında partlayıcı qurğu aşkar edilib. Banker.az bunu New York Times qəzetinə istinad edir.
Rəngli inqilabların sponsoru kimi tanınan Soros demokratlara verdiyi dəstəyə görə sağ radikal qrupların hədəfinə çevrilib.
Soros evdə olmadığı zaman aşkarlanan partlayıcı maddə təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib. Hadisə ilə bağlı FBI (Federal Təhqiqatlar Bürosu) araşdırmalara başlayıb. Milyarderə qarşı mümkün sui-qəsd ehtimalının kimlər tərəfindən planlaşdırıldığı hələlik məlum deyil.