Ən çox milyarderi olan şirkətlər

Date:

Paylaş:

“The Hurun Research Institute” araşdırma şirkətinin 2016-ci il üçün hazırladığı statistikaya əsasən, dünya miqyasında 2188 milyarder var.

Bəzi şirkətlərin sahibləri idarəetməni öz ailə üzvlərinə həvalə edir, bəziləri isə bir neçə milyarderlə ortaq olur. Biz bir neçə milyarderin idarə etdiyi ən böyük şirkətlərin siyahısını təqdim edirik.

Facebook

facebookdan pul qazanmaq

Feysbuk şirkətində 5 milyarder var. Bunlar; Mark Zukerberq, Dastin Moskovitz, Eduardo Saverin, Endryu Mkollum və Kris Hyuces.

Estée Lauder

Bir şirkətin 5 milyarder ortağı var. Kosmetika şirkəti 1946-ci ildə Estee Lauder və Cozef Lauder cütlüyü tərəfindən yaradılıb. Lauder ailəsi bu gün şirkətin 77 faizini əlində saxlayır.

H&M

“H&M” 1947-ci ildə Şönsberq Persson tərəfindən yaradılıb. Sonra oğlu Stefan Persson icraçı direktor vəzifəsinə başlayıb və 1998-ci ilə qədər bu vəzifədə qalıb. Hazırda isə Stefan Persson şirkətin sədridir, onun oğlu Karl-İohan isə şirkətin icraçı direktoru vəzifəsində işləyir. Şirkət tərkibində 5 milyarder var.

Infosys

Hindistanın “Infosys” texnologiya şirkətini də 5 milyarder idarə edir.

SACI Falabella

Solari ailəsi tərəfindən idarə olunan “6SACI Falabella” şirkətinin 5 milyarderi var.

Walmart

walmart

Dünya miqyasında 11 mindən çox mağazası olan “Walmart” Ualton ailəsinin 6 üzvü səhmlərin 54 faizinə malikdir. Şirkətdə 7 milyarder var.

SC Johnson& Son

Şirkət 7 milyarderindir.

Dr. Oetker

Bir ailə şirkəti olan “Dr. Oetker”in 8 milyarderi var.

Roche

Səhiyyə araşdırmalarında lider mövqedə dayanan şirkətdə 9 milyarder fəaliyyət göstərir.

Cargill

ABŞ-ın ən böyük özəl şirkəti olan “Cargill”də 10 milyarderə sahibdir.

Hyatt

Cey Pritzker tərəfindən yaradılan şirkəti hazırda ailəsi idarə edir və 11 milyarderi özündə birləşdirir.

Ən çox milyarder məzunu olan universitetlər

©publika

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...