Əsas səhifə Biznes Milyarder Ron Baron: “Bu ilin sonuna Tesla 1,5 trln.dollar olacaq və ildə...

Milyarder Ron Baron: “Bu ilin sonuna Tesla 1,5 trln.dollar olacaq və ildə 10 mln. elektrik avtomobili satacaq”

115
Paylaş

Tesla şirkətinin iri səhmdarı, milyarder Ron Baron bildirib ki, 10 ildən sonra Elon Musk-ın avtomobil şirkətinin qiyməti bugünkindən 10 dəfə daha baha olacaq və şirkət ildə ən azı 10 milyon elektrik avtomobili sata biləcək.

Xatırladaq ki, Baron Capital şirkətinin təsisçisi və rəhbəri Ronald Baron Tesla şirkətini hələ 2014-cü ildən almağa başlayıb. Elə o zamandan da  səhmdar, elektrik avtomobillər üzrə ixtisaslaşmış amerikan istehsalçısına olan inamını gizlətməyib və proqnozlar verməyi də unutmayıb. 2017- ci ildə o bildimişdi ki, növbəti on illiyin sonuna Tesla şirkətinin qiyməti trilyon dollara kimi çata bilər. Electrek xəbər verir ki, avtomüəssisənin səhmlərinin qiyməti sürətlə qalxandan sonra isə Baron daha bir növbəti proqnozunu verib və Tesla-nın gələcək qiymətini 500 mlrd. dollar dəyərləndirib.

“ Bu hələ başlanğıcdır. Biz 2014-2016-cı illərdə demək olar ki, bütün səhmlərimizi artıq əldə etmişik. 2024-cü ildə Tesla 100-125 dollar gəlir qazana bilər və qiyməti 300-400 mlrd. dollar ola bilər. İndi o 150 mlrd. dollardır və bu hələ ki başlanğıcdır. 2030-cu ildə Tesla-nın gəliri 1 trln. dollar olacaq, özü 1,5 trln. dollar edəcək və bu da onu dünyanın ən iri və bahalı şirkətlərindən birinə çevirəcək” – səhmdar bildirir.

Satışlar da yüksələcək: “Keçən il Musk 367 000 elektrik maşını satıb. 2022-ci ildə onların satış sayı milyona çatacaq. Nəzərə alsaq ki, hal-hazırda ildə 90 milyondan çox avtomobil satılır, nəticədə, düşünürəm ki, 2020-ci ilin sonunda şirkət ildə ən azından 10 milyon maşın sata biləcək”.

Baron, rəqabətin Musk-ı nədəsə geri çəkəcəyinə inanmır. Digər şirkətlərə onunla rəqabət aparmaq çətindir, çünki, Tesla fərqli texnologiyaların ardınca getmir və ancaq elektrik avtomobilləri üçün nəzərdə tutulmuş həllərin araşdırılmasına vəsait yatırır. O həm də satıcı şəbəkələrindən uzaqlaşıb.

“Ənənəvi avtoşirkətlərə Tesla ilə rəqabət aparmaq çətin gəlir, belə ki, onlar çoxlu problemlərlə üzləşirlər. Məsələn, onlar belə desək, batareyalara pul xərcləmək əvəzinə mühərriklər istiqamətində araşdırmaya investisiya qoymaqda davam etməyə məcbur olurlar. Ənənəvi avtomüəssisələr elektrik avtomobilləri satarkən çətinliklərlə üzləşirlər. Məsələ burasındadır ki, dilerlər (satıcılar) satışdan deyil, satılan avomobillərə xidmətdən qazanırlar. Elektrik avtombillərinin quraşdırılma yüküaz sayda ehtiyat hissələrindən ibarətdir. Bu səbəbdən də satıcılar elektrik avtomobili satmaqda bir o qədər də maraqlı deyillər” – Baron qeyd edir.

İnvestordan səhmlərin qiymətinin bu yaxınlardakı artımından sonra öz Tesla səhmlərinin yarısını satb-satmadığını soruşanda o cavab verib:

“ Xeyr. Həmkarlarımızın bəziləri mənə yaxınlaşıb soruşdular: “Artıq Tesla səhmlərimizin yarısını satmalı deyilikmi? Biz istənilən halda pullarımızı üç dəfə artırmışıq”. Mən dedim: nə istəyirsiniz edin, amma unutmayın ki, gələcəkdə yenidən Tesla-ya diqqət etsəniz, artıq satılan səhmləri geri qaytara bilməyəcəksiniz. Ona görə də Tesla bizim üçün bu qədər maraqlıdır: son nəticədə biz ondan ona yatırdığımızdan on dəfə çox pul götürürük”.